Ovannisyanın şok etirafı: Öhdəsindən gələ bilmirik
Tarix: 24.10.2020 | Saat: 00:00:00 | E-mail | Çapa göndər




Nikol Paşinyanın hakimiyyətə gəlişi ilə Dağlıq Qarabağla bağlı aqressiv siyasət yolu seçən, “Qarabağ Ermənistandır” deyib, “Yeni müharibə və yeni ərazilər” iddiasına düşən və cidd-cəhdlə Azərbaycanı müharibəyə çəkən, Tovuz təxribatından sonra daha da azğınlaşan Ermənistan hakimiyyəti cəbhədəki uğursuzluqlarının səbəbini axtarmağa, daha doğrusu, xalqa izah etməyə girişib.

Palitranews.az Axar.az-a istinadən xəbər verir ki, ictimaiyyətin və medianın “biz müharibəyə hazır idikmi” sualına cavab verən Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artsrun Ovannisyan ordudakı mövcud çatışmazlıqların aradan qaldırılmasının “uzun və çoxillik proses” olduğunu deyib.

O iddia edib ki, “nisbətən yeni silahların alınması” tempi son iki ildə bir qədər yüksəlibmiş. Əlbəttə, “son iki il” deyəndə Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonrakı dövr nəzərdə tutulur və dolayısı ilə hazırkı məğlubiyyətin səbəbkarının Sərkisyan olduğu göstərilir.

“Etiraf edək ki, Ermənistanın qırıcı aviasiyası heç vaxt olmayıb. Pilotların belə yeni texnologiyaya yiyələnməsi, müasir silahdan istifadə edə bilməsi üçün zaman lazımdır. Bundan ötrü ən azı illər gərəkdir”, - deyə Ovannisyan Rusiyadan yeni alınan Su-30-larla bağlı danışarkən deyib.

Azərbaycan Ordusunun ən müasir döyüş texnikası və silahlardan istifadə etdiyini bildirən Ovannisyan deyib:

“Anlamaq lazımdır ki, biz uzun illər ərzində Azərbaycandan hərbi xərclərdə çox geri qalmışıq. Onlar çoxlu pul xərcləyiblər, biz isə çox az. Beləliklə, bugünkü problemin səbəbi çoxillik prosesin nəticəsidir”.

Ermənistan MN rəsmisi Azərbaycan PUA-larının Ermənistan ordusunu darmadağın etməsinə də diqqət çəkib və bildirib ki, aviasiya və HHM üçün daha əvvəldən düşünmək lazım idi.

Onun sözlərinə görə, Azərbaycanın Ermənistan ordusunu darmadağın edən PUA-ları hazırda qarşısıalınmazdır:

“Düşmən dronlarının tam ram edilməsi hələ dünyanın heç bir ordusuna nəsib olmayıb. Kiçik ölçülü və çoxsaylı PUA onunla mübarizə aparmaq imkanını qat-qat azaldır. Hətta onlarla HHM sistemi ilə müdafiə olunan müasir ordular belə PUA hücumunun öhdəsindən gələ bilmir”.

Göründüyü kimi, Ermənistan düşdüyü ağır durumu dolayısı ilə etiraf etməklə, hazırkı vəziyyətin günahının əvvəlki prezident Serj Sərkisyanda olduğu, ordunu onun məhv etdiyini dolayısı ilə təbliğ etməyə çalışır.




 
Bölməyə aid digər xəbərlər
01.12.2020
“Qarabağ” və “Zəfər” ordenləri hansı xidmətlərə görə verilir?
01.12.2020
“Suqovuşanın azad olunmasına görə” medalın Əsasnaməsi təsdiqləndi
01.12.2020
“Vətən müharibəsi iştirakçısı” medalı kimlərə veriləcək? - ƏSASNAMƏ
01.12.2020
Hərbi əsirləri aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil - Dövlət Komissiyası
01.12.2020
“Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalı bu şəxslərə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info