“Ermənistan Azərbaycan torpaqlarını dərhal tərk etməlidir”
Tarix: 24.10.2020 | Saat: 00:08:00 | E-mail | Çapa göndər


Akar NATO nazirləri ilə danışdı

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar NATO Müdafiə nazirlərinin onlayn formatda keçirilən iclasında iştirak edib.

Palitranews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyəli nazir verdiyi açıqlamada iclasda Azərbaycan və Ermənistan arasında baş verən hadisələrin də müzakirə edildiyini bildirib.
“Sülh və sabitliyin təmin olunması üçün nələrin edilməli olduğuna dair fikirlərimizi ifadə etmək fürsəti tapdıq. Bizim söylədiyimiz əsas mövzu – Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının əsas şərtinin Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması və bu ərazini dərhal tərk etməsidir. Bu məqamı da danışıqlar zamanı dilə gətirdik”, – deyə H.Akar bildirib.

Türkiyənin Milli Müdafiə naziri həmçinin iclas zamanı ölkəsinin Azərbaycan türkləri ilə bərabər olduğunu, haqlı mübarizəsində Azərbaycanın yanında dayandıqlarını dəfələrlə təkrarladığını qeyd edib. /Modern.az/




 
Bölməyə aid digər xəbərlər
02.12.2020
ABŞ-da 275 min insan koronadan öldü
01.12.2020
Co Bayden vә Antonio Quterreş arasında telefon danışığı olub
01.12.2020
Türkiyə hörmətə layiqdir, dəstəkləməliyik - Angela Merkel
01.12.2020
Rusiya-Türkiyə sazişi imzalandı: Monitorinq Mərkəzi qurulur
30.11.2020
İrana daha bir şok: Korpus komandiri öldürüldü

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12126

1 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib
2 Yeni Zelandiyada 100-dən çox delfin özünü sahilə atıb
3 Zabitimizdən ermənilərə: Rədd olun, bura bizim ərazidir! - VIDEO
4 “Belavia“ Bakıdan Minskə uçuşları bərpa edir
5 Yatanda 5 yastıq istifadə edin - Çinli həkimdən tövsiyə - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info