Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb - MN
Tarix: 24.10.2020 | Saat: 09:54:00 | E-mail | Çapa göndər


Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Bu barədə Trend-ə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.
Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb.Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4330 ədəd piyada əleyhinə, 1110 ədəd tank əleyhinə mina aşkarlanıb
30.11.2020
Xocalı soyqırımı zamanı itkin düşmüş Cavan Orucovla bağlı videoçarx təqdim edilib - VİDEO
30.11.2020
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz
30.11.2020
Yoluxma sayı artmaqda davam edərsə, qaydalar sərtləşdirilə bilər
29.11.2020
Müharibə necə dayandı? – Paşinyan gizli danışıqları açdı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info