Prezident İlham Əliyev: Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə regional haba çevrilib
Tarix: 24.10.2020 | Saat: 11:40:00 | E-mail | Çapa göndər


Azərbaycan nəinki enerji üzrə, eyni zamanda, daşımalar üzrə artıq regional haba çevrilib. Hazırda biz Xəzər dənizinin digər tərəfində - şərq hissəsindəki və Avropadakı tərəfdaşlarımıza mühüm nəqliyyat şəbəkəsini təmin edirik. Bizim infrastruktura yatırdığımız sərmayələr nəqliyyat üzrə çox geniş beynəlxalq əməkdaşlıq formatının yaradılması ilə nəticələnib. Azərbaycandan keçən neft və qaz kəmərləri artıq çox mühüm enerji təhlükəsizliyi mənbəyinə çevrilib. Biz artıq Mərkəzi Asiyadan nefti Azərbaycan ərazisindən Avropaya nəql edirik.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fransanın “Le Figaro” qəzetinə müsahibəsində Azərbaycanın boru kəmərləri və internet fiberoptik xətlərinın habı olmaq missiyası ilə bağlı suala cavabında bildirib.

Dövlətimizin başçısı deyib: “İnternet bağlantısına gəldikdə isə biz IT sektoruna böyük sərmayələr yatırırıq. Azərbaycanda internetdən istifadə təqribən 80 faizdir, yəni, əhalinin 80 faizi internet istifadəçisidir. Bizim bu sahədə çox inkişaf etmiş şirkətlərimiz, özəl şirkətlərimiz var. Odur ki, sizin qeyd etdiyiniz şirkət (Neqsol şirkəti – red.), mənim bildiyimə görə öz planı olan və regiona investisiya yatıran özəl şirkətdir. Düşünürəm ki, onların hədəfi kommersiya cəhətdən gəlirli layihələri həyata keçirməkdir. Əlbəttə ki, coğrafi və infrastruktur nöqteyi-nəzərdən Azərbaycan bu gün çox vacib regional tərəfdir”.




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi
24.11.2020
Şuşa yolunun tikintisi davam edir: Torpaq işləri aparılır
23.11.2020
Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb
23.11.2020
Əmlakın siyahıya alınması qaydasında dəyişiklik edilib
23.11.2020
Fars körfəzi dəmiryolu ilə Xəzərə birləşəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info