Çili mətbuatında ermənilərin Kəlbəcərdə soydaşlarımıza yaşatdıqları faciədən bəhs edilib
Tarix: 24.10.2020 | Saat: 13:45:00 | E-mail | Çapa göndər


Çili mediasında Qarabağ hadisələri zamanı doğma yurdundan çıxmağa məcbur olmuş həmvətinimizin ailəsinin faciəli hekayəsindən bəhs edən məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Santyaqo şəhərindəki Adolfo İbanyez Universitetində çaışan professor, əslən Kəlbəcər rayonundan olan Şəhriyar Nəsirovun qələmə aldığı "Ağdaban faciəsi: həyatımın ən ağır etirafı" başlıqlı yazıda Ermənistanın 1992-ci ildə azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdən bəhs edilib.

Müəllif qeyd edir ki, ailəsi ilə birgə 8 yaşına qədər Azərbaycanda Kəlbəcər rayonunun Ağdaban kəndində yaşayıb. 1992-ci il aprelin 8-də qəsəbəyə hücum edən ermənilər onun öz doğma yurdunu tərk etmək istəməyən 65 yaşlı nənəsini, 34 yaşlı əmisini öldürüblər, babasını və bibisini isə əsir götürblər. Ümumiyyətlə isə, erməni quldurları kənddə 67 nəfəri öldürüb, 130 evi yandırıb və xeyli insanı əsir götürüb. Şəhriyarın və valideynlərinin hadisədən bir neçə gün öncə Şəkiyə gəlməsi onların həyatını xilas edib.

Məqalədə azərbaycanlıların öz vətənlərində məcburi köçkünə çevrilməsinin, öz doğma yurdlarına geri qayıda bilməməsirinin ağrılı mövzu olduğu vurğulanıb: "Ailəmi sarsıdan əsl faciədir. Valideynlərim və yaxın qohumlarım özlərini alçaldılmış vəziyyətdə hiss etdiklərindən bu hekayəni heç bir vaxt danışmırdılar...".

Məqaləni daha ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://elminuto.cl/la-tragedia-de-agdaban-la-confesion-mas-dura-de-mi-vida/




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”
23.11.2020
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Kәrkükdә kütlәvi mәzarlıq aşkar edilib
23.11.2020
Tunisin paytaxtında avtobus qəzası: 50-yə yaxın yaralı var
23.11.2020
Dünyada koronavirusa yoluxanların sayı 604 mindən çox artıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info