Ermənistanın dinc sakinləri atəşə tutması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır - Britaniyalı deputat
Tarix: 24.10.2020 | Saat: 13:48:00 | E-mail | Çapa göndər


Azərbaycanın dinc sakinlərinin Ermənistan tərəfindən atəşə tutulması beynəlxalq hüququn kobud şəkildə pozulması deməkdir.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya parlamentinin üzvü, Azərbaycan üzrə ümumpartiya parlament qrupunun sədri Bob Blekmanın bəyanatında deyilir.

O bildirib ki, Azərbaycanın mülki əhalisinin Ermənistan qoşunları tərəfindən atəşə tutulması narahatlıq doğurur: "Artilleriya zərbələrinə ölkənin ikinci ən böyük şəhəri Gəncə də məruz qalıb və nəticədə qadın və uşaqlar həlak olub. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində davam edir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan və ətraf yeddi rayondan qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi icra olunmamış qalır. Münaqişənin tənzimləməsinə görə məsuliyyət daşıyan ATƏT Minsk qrupu öz mandatını yerinə yetirməyib. Mən münaqişənin tezliklə və dinc yolla tənzimlənəcəyinə, azərbaycanlıların, ermənilərin və millətlərin sülh, əmin-amanlıq və qarşılıqlı anlaşma şəraitində yaşayacağı günlərin gələcəyinə ümid edirm".




 
Bölməyə aid digər xəbərlər
24.11.2020
Əsgərlərimizin çəkdiyi bu görüntülər rekord qırdı – VİDEO
24.11.2020
Prezident İlham Əliyev ilə Vladimir Putin arasında telefon danışığı olub
24.11.2020
Valideynlərini itirmiş uşaqların təhsil haqqını onlar övladlığa götürüldükdə də dövlət ödəyəcək
24.11.2020
Bərdə - Ağdam dəmir yolu xəttinin tikintisi üçün 5 milyon manat ayrılıb - SƏRƏNCAM
24.11.2020
İşğaldan azad edilmiş ərazilərdə Əlaqələndirmə Qərargahı yaradıldı - SƏRƏNCAM

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 “Türkvizyon“ gələn il Şuşada keçiriləcək
2 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
3 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
4 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
5 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info