“Nasledie”: “Son on ildə yalnız 32 adam Ermənistana qayıtmaq istəyib”
Tarix: 06.11.2013 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


Son on ildə Ermənistanla readmissiya razılaşması olan 13 ölkədən yalnız 32 nəfər ölkəyə qayıtmaq istədiyini bildirib. “News.am” bildirir ki, bu barədə keçirilmiş konfransda Ermənistan parlamentində təmsil olunan “Nasledie” partiyası fraksiyasının katibi, Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının üzvü Tevan Poqosyan bildirib.
Onun sözlərinə görə, Ermənistanla Avropa Birliyi arasında readmisisya anlaşması barədə narahatlıq meydana çıxması da bir o qədər də normal görünmür: “Şərq tərəfdaşlığı çərçivəsində Avropa Birliyi ilə readmissiya və vizanın sadələşdirilməsi prosesi başlayanda hamısına elə gəlirdi ki, bütün erməniləri geri göndərəcəklər. Amma bu belə deyil. Əgər hansısa ölkənin qeyri-leqal orada yaşayan erməniləri geri göndərmək fikri olsaydı, o, heç bir anlaşmaya baxmazdı, dərhal geri göndərərdi”. Erməni deputatın sözlərinə görə, Ermənistan-Avropa Birliyi readmissiya anlaşması prosesin deportasiyasız tənzimlənməsinə yardım edəcək: “Bu gün bizim Avropa Birliyinin üzvü olan dörd ölkə - Niderland, Belçika, Fransa və Almaniya ilə razılaşmamız var ki, onlar geri göndərdikləri adamlara hansısa vəsaitlərlə yardım etməyə çalışırlar”. O bildirib ki, bu cür vətəndaşları qəbul etməklə bağlı mexanizm Ermənistanda təkmilləşdirilməlidir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
Rusiyaya gələn miqrantların sayı azalır
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info