Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti
Tarix: 26.10.2020 | Saat: 11:06:00 | E-mail | Çapa göndər


“Həkim məsləhəti” rubrikasında endokrinoloq Dr. Şəbnəm Əlirzayeva “Diabetin erkən aşkarlanmasında laborator müayinələrin əhəmiyyəti” barədə danışıb.

Şəkərli diabet – orqanizm tərəfindən yaradılan insulinin kifayət qədər olmaması və ya onun təsir effektinin pozulması nəticəsində meydana çıxan, qanda şəkərin yüksəlməsi ilə xarakterizə olunan xroniki endokrin xəstəlikdir. Bu xəstəliyin əsas xüsusiyyətlərindən biri odur ki, erkən mərhələdə özünü göstərmir, orqanizmdə gizli gedir. Onu adətən qanın və sidiyin ümumi analizində müəyyən edirlər.

Prediabet bu sağlam bədən və diabet arasında bir sərhəddir. Prediabet aşkarlanan insanlar 2-ci tip şəkərli diabet riski altındadır. Bu prediabetik vəziyyət təhlükəli olmasına baxmayaraq, tamamilə müalicə edilə bilər. Elmi-tədqiqatlar göstərir ki, xroniki ağırlaşmalar diabetdən əvvəlki mərhələdə artıq inkişaf etməyə başlayır. Diabet diaqnozu qoyulduğu zaman orqan zədəsi artıq mövcuddur və qarşısını almaq mümkün deyil.

Buna görə də xəstəliyin vaxtında aşkarlanması vacibdir. Prediabet, 1-ci və 2-ci tip şəkərli diabetin diaqnozu kliniki simptomların, xəstə haqqında toplanmış anamnezin (məs., ailədə diabetə meyillik, hamiləlik zamanı qlikemiyanın pozulması) və laborator müayinələrin nəticələri əsasında qoyulur. Şəkərli diabetin müəyyən edilməsində “Diabetik profilli” laborator analizin əhəmiyyəti böyükdür. Diabetik profilli müayinələrə HbA1C, Qlükoza, C-peptid, Qlükoza-tolerant testi, Qlükoza, Fruktozamin və İnsulin müayinələri daxildir.

Qlikohemoqlobin – hemoqlobinin qlükoza ilə birləşməsidir və son 3 ayda olan qlükozanın orta səviyyəsini göstərir. Bu həm diaqnostikada, həm də şəkərli diabetin müalicəsinə nəzarət etmək üçün ən dəqiq və zəruri testdir.

Oral qlükoza tolerant testi nə zaman aparılır?: əgər aclıq qan şəkəri və qlikohemoqlobin arasında və ya klinik simptomlarla qanın laborator müayinəsinin nəticəsi arasında uyumsuzluq olarsa diaqnozu dəqiqləşdirmək məqsədilə şəkər yükləmə testinə müraciət olunur. Eyni zamanda hamiləlik zamanı diabetin aşkarlanması üçün bu müayinənin aparılması əhəmiyyətlidir.

Özünüzdə susuzluq, ağızda quruluq, heç bir səbəb olmadan arıqlama, zəiflik, dəridə qaşınma əlamətləri hiss etdikdə mütləq diabet profilli laborator müayinədən keçməlisiniz. Əgər sizdə şəkər aşkar edilərsə, mütləq keçmiş həyat tərzinizi yenidən nəzərdən keçirin – özünüz üçün düzgün həyat tərzini müəyyənləşdirin. Bu, şəkəri normal səviyyəyə qaytarmaq və diabetin qarşısını almağın yeganə yoludur.

Qeyd edim ki, “Diabetik profilli” laborator müayinələr həkim tərəfindən təyin olunmalıdır.




 
Bölməyə aid digər xəbərlər
23.11.2020
Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar
22.11.2020
Bu içki koronavirusa qarşı təsirlidir
20.11.2020
Biz bu qış COVİD-19-a qarşı peyvəndi əldə edə bilməyəcəyik - Baş infeksionist
19.11.2020
Siqaret çəkənlərin “Covid-19“ infeksiyasından müalicə prosesi daha çətin keçir
17.11.2020
DGK-nin Tibbi Xidmət İdarəsi müsabiqəsinin qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info