Bayraq milli qürurumuz, kimliyimiz, vüqarımızdır
Tarix: 06.11.2013 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Milli Bayraq Günü Naxçıvan Dövlət Universitetində xüsusi təntənə ilə qeyd olunub. Bu ali təhsil ocağının Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil olunan mərasim, Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağının zala təntənəli daxil edilməsi ilə başlanıb. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov çıxışında bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci il iyunun 24-də Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk qərar verilib, bu qərara əsasən üzərində ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir olunan qırmızı bayraq Dövlət bayrağı kimi qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli Qərarı ilə həmin bayraq üçrəngli- mavi, qırmızı və yaşıl zolaqdan ibarət olan bayraqla əvəz olunub. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və sovet hakimiyyətinin qurulması ilə bu bayraq ləğv edilib. Rektor bildirib ki, Azərbaycan Respublkasının üçrəngli bayrağı ikinci dəfə 1990-cı il noyabrın 17-də ulu öndərimiz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında qaldırılıb. Həmin sessiya tariximizdə Azərbaycan dövlətçiliyinin bərpası prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlərin müzakirə olunması, ölkəmizi müstəqilliyə aparan yolda tarixi qərarların qəbul edilməsi ilə əlaqədar olub. Natiq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən hər il 9 noyabrın “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunduğunu bildirib.
“Bu gün Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram yüksək səviyyədədir. Bu da ulu öndərin yolunu uğurla davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət rəmzlərinə olan münasibətindən qaynaqlanır. Ölkə prezidentinin dövlət rəmzlərinə verdiyi yüksək dəyərin nəticəsidir ki, şanlı tariximizdən gələn milli dəyərlərə hörmət və ehtiram Azərbaycan Dövlətinin təməl prinsipləri sırasında xüsusi yeri və mövqeyi ilə seçilir” bu fikirləri Naxçıvan Dövlət Universiteti Gənclər Təşkilatının sədri, “Ümumi tarix” kafedrasının müəllimi Arzu Abdullayev “Azərbaycan Bayrağı dövlətimizin müstəqillik simvoludur” mövzusundakı məruzəsində səsləndirib.
Sonra, incəsənət fakültəsinin tələbələrinin iştirakı ilə bədii kompozisiya keçirilib.
Sonda Dövlət bayrağı haqqında film nümayiş etdirilib.

Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bazar günü Bakıda intensiv yağış, bəzi rayonlarda sulu qar, qar yağacaq
21.09.2019
Güclü küləklə əlaqədar hər kəsi ehtiyatlı olmağa çağırırıq
20.09.2019
“Məntiq-2019” intellektual bilik yarışı üzrə Masallı birinciliyi keçirilib
20.09.2019
Masallıda tədbir: “Heydər Əliyev və neft strategiyası“
19.09.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10895

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info