Köçəri, yerini dəyişən şəhər yaradıldı
Tarix: 06.11.2013 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Madrid Universitetinin memarlıq fakültəsinin tələbəsi Manuel Dominges köçəri şəhər layihəsi yaradıb.
"Çox geniş struktur" (Very Large Structure) adlanan layihə tırtıllarla təchiz olunmuş nəhəng konstruksiyadır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu konstruksiya britaniyalı memar Ron Herronun təxminən 50 il əvvəl təklif etdiyi "Gəzən şəhər" layihəsinin daha müasir forması sayıla bilər.
Ekspertlərin dediklərinə görə, Domingesin təklif etdiyi konsepsiya unikaldır. Çünki şəhərə daha yaxşı yer və resurslar olan məkanlara doğru hərəkət etmək imkanı verir.
"Enerji və resurslar arasında nisbəti nəzərə alaraq yeni sistem yaratmaq istədim. Bu konstruksiya şəhərlə kənd arasındakı fərqi saxlayır, ətraf mühitin qorunmasına yardım edir, insanlara yenilənmiş iş yerləri təklif edir", - Dominges deyib.
"Çox böyük struktur"da yaşayış binaları ilə yanaşı universitetlər, xəstəxanalar, fabriklər, kitabxanalar, idman arenaları - bir sözlə, şəhər üçün gərəkli hər şey var.
Nüfuzlu "Archigram" jurnalı bildirir ki, belə şəhərlər yaxınlıqda duraraq birləşmək və böyük meqapolislər yaratmaq, sonra isə "aralanaraq" yeni məkanlar formalaşdırmaq imkanlarına malikdir.
"Eyni zamanda, tırtıllarla hərəkət edən şəhərin yerdəyişməsi ətraf mühitə zərbəni azaltmaq və meşələrlə bitki örtüyünün bərpasının sürətləndirməyə şərait yaradır", - Dominges bildirib.




 
Bölməyə aid digər xəbərlər
04.07.2020
Binəqədidə boya zavodu yanır
04.07.2020
Qazaxda mağazadan 2500 manat dəyərində geyim əşyaları oğurlanıb
03.07.2020
Bərdədə yol kənarında meyvə-tərəvəz satan şəxsi avtomobil vuraraq öldürüb
03.07.2020
Bakıda kriminal avtoritet qətlə yetirilib
03.07.2020
Tərtərdə 2 yaşlı uşaq qətlə yetirildi

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11546

1 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
2 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
3 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”
4 Prezident və birinci xanım İçərişəhərdə aparılan bərpa işləri ilə tanış olublar-YENİLƏNİB
5 Azərbaycan Prezidentinin təşəbbüsünə verilən dəstək beynəlxalq ictimaiyyətin ölkəmizə böyük etimadının göstəricisidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info