“Azərbaycan Avropa ilə Asiya arasında vacib tranzit ölkədir”
Tarix: 06.11.2013 | Saat: 22:17:00 | E-mail | Çapa göndər


Penni Mordaunt: “Əfqanıstandan çıxarılan hərbi texnika Bakıya, oradan isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyəyə daşınacaq”

“Biz üzünü Qərbə tutmuş ölkələrlə körpü yaratmalıyıq. Onların Qərb yönümlü olmalarını, öz cəmiyyətlərində demokratiya, insan hüquq və azadlıqlarının inkişaf etdirilməsini, həmçinin birgə təhlükəsizliyimizə bağlı səylərini dəstəkləməliyik. Azərbaycan belə ölkələrdən biridir”.
Avropa Azərbaycan Cəmiyyətindən (AAC) verilən məlumata görə, Böyük Britaniya parlamentinin deputatı, Müdafiə və Silah İxracatına Nəzarət Komitəsinin üzvü, xanım Penni Mordaunt deyib. P. Mordaunt bildirib ki, Azərbaycan beynəlxalq sülhməramlı əməliyyatların fəal iştirakçısıdır və bu məqsədlə İraq, Kosovo və Əfqanıstana öz qoşunlarını yollayıb:
“Azərbaycan, həmçinin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin təchizatının daşınması üçün ən vacib tranzit ölkəsi olub, 2014-cü ildə Böyük Britaniya qoşunlarının və hərbi texnikasının Əfqanıstandan çıxarılması zamanı yenə də əsas tranzit ölkəsi rolunu oynayacaq. Ağır hərbi texnika Qazaxıstandan keçəcək və bərə vasitəsilə Xəzər dənizindən Bakıya, oradan isə Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Türkiyəyə daşınacaq. Bu, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında bir körpü kimi önəmli olmasından xəbər verir”.
Deputat qeyd edib ki, Böyük Britaniya həm Azərbaycan, həm də BP şirkəti vasitəsilə Xəzər dənizində ciddi mühafizəyə ehtiyacı olan qiymətli mülkə sahibdir: “Azərbaycan bu platformaları qorumaqdan ötrü döyüş gəmiləri almaqla, öz dəniz güvənliyini gücləndirmək arzusundadırsa, zənnimcə, onlara Britaniya gəmilərini almağa şərait yaradılmalıdır. Bu baxımdan sırf donanma gəmiləri, daha dəqiq desək, dəniz patrul gəmiləri ilə bağlı Azərbaycana olan silah satışı qadağasının yumşaldılmasını istəyərdim. Dəniz patrul gəmilərinin satışı bizim marağımızdadır. Bu, təkcə Xəzər dənizindəki neft qurğularının, kəmərlərin və gəmilərin mühafizəsi baxımından deyil, həm də qeyd olunan gəmilərin ixracatının artımı bizim donanmamız üçün sərf olunan maliyyə xərclərini azaldar. Bu kimi sövdələşmənin Azərbaycanla münaqişədə olan Ermənistana heç bir təsiri olmayacaq. Biz Azərbaycana tətbiq etdiyimiz hərbi texnika təchizatı ilə bağlı qadağa siyahısını bir daha nəzərdən keçirməliyik. Böyük Britaniya və Azərbaycanın milli təhlükəsizliyinə xidmət edəcək və Dağlıq Qarabağ münaqişəsində istifadə olunmayacaq texnikanı həmin siyahıdan çıxarmalıyıq. Eyni dəlili Azərbaycan dəniz zabitlərinin təlimi məsələsinə tətbiq etmək olar. Bu kimi təlimlər yalnız və yalnız bizim silahlı qüvvələrimiz arasında olan hərbi əməkdaşlığı gücləndirəcək”.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür
21.09.2018
Yalnızlıq qorxusu
21.09.2018
“Gənclərimiz daha məntiqli və faydalı yol tutmalı, müsbət davranış nümunəsi göstərməlidirlər”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info