Azərbaycan Prezidenti: İraqa tətbiq olunan sanksiyalardan hətta biri Ermənistana tətbiq edilsəydi, münaqişə çoxdan həll edilərdi
Tarix: 28.10.2020 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Ermənistana hansı sanksiyalar tətbiq edilə bilərdi? O sanksiyalar ki, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə və işğal edilmiş ərazilərdən qoşunları çıxarmağa məcbur etsin.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bu fikri Rusiyanın İnterfaks agentliyinə müsahibəsində səsləndirib.

Küveyti işğal edən İraqa qarşı tətbiq edilmiş sanksiyaları misal göstərən dövlətimizin başçısı deyib: “Axı, beynəlxalq hüquq baxımından təxminən eyni hadisə baş verib. Küveytin beynəlxalq aləmdə tanınmış ərazisi İraq tərəfindən işğal edilmişdi, hərbi cinayətlər törədilmişdi, etnik təmizləmə aparılmışdı. Yalnız dünya birliyinin vaxtında reaksiya verməsi nəticəsində bu işğal dayandırıldı, özü də qısa vaxtda. Daha sonra İraqa iqtisadi sanksiyalar tətbiq edildi, silah satışına embarqo qoyuldu, İraqın ərazisi uçuşların qadağan edildiyi zonaya çevrildi, insanlığa qarşı cinayətlər törətmiş hərbi canilər məhkəməyə cəlb edildi, mühakimə olundu. Ermənistana münasibətdə də bu cür sanksiyalar tətbiq edilməli idi. Mən əminəm ki, hətta bu sanksiyalardan biri tətbiq olunsa idi, münaqişə çoxdan həll edilərdi. Sadəcə, bu sanksiyaları tətbiq etmək üçün siyasi iradə və istək yox idi. Çox ehtimal ki, belə bir mövqeyə üstünlük verilirdi - təki vəziyyət daha da kəskinləşməsin, gəlin hər şeyi olduğu kimi saxlayaq”.

Münaqişənin dondurulduğunu qeyd edən Prezident vurğulayıb ki, hərçənd hamı başa düşürdü, bu, əbədi davam edə bilməz. “Hamı bunu hələ 10 il əvvəl başa düşürdü. Rusiya, ABŞ və Fransa prezidentləri bəyanatlarla çıxış ediblər, özü də dəfələrlə. Onlar aydın şəkildə deyirdilər ki, status-kvo qəbuledilməzdir. Yaxşı, biz bunu alqışladıq. Yadımdadır, bu, bizdə bəyənildi və mən də bunu şərh etdim. Bəs sonra nə oldu? Sonra bu tezisdən tədricən uzaqlaşmağa başladılar, onu artikulyasiya etmədilər və yeni tezis fikirləşib tapdılar ki, status-kvo davamlı deyil. Axı, bunlar tamamilə fərqli məsələlərdir. Axı, biz bunu gözəl başa düşürük. Deməli, həmsədr ölkələr Ermənistana hətta hər hansı siyasi təzyiq göstərmək cəhdindən də geri çəkildilər. Status-kvonun davamlı olmadığını hamı bilirdi. Son hadisələr də bunu göstərdi. Buna görə bir daha deyirəm, münaqişəni tezliklə həll etmək üçün, - hələ gec deyil, - sanksiyalar lazımdır. Düşünürəm ki, həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər”, - deyə Prezident İlham Əliyev əlavə edib.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
25.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü - VİDEO
25.11.2020
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb
25.11.2020
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
25.11.2020
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info