Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı
Tarix: 29.10.2020 | Saat: 08:58:00 | E-mail | Çapa göndər


Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.

Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.

Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.




 
Bölməyə aid digər xəbərlər
30.11.2020
ANAMA-dan vətəndaşlara müraciət: Azad edilmiş ərazilərə getmək təhlükəlidir
30.11.2020
Tərtərlə Suqovuşanı birləşdirən yol yaxın günlərdə istifadəyə veriləcək
30.11.2020
ANAMA: 27 sentyabrdan indiyədək 727 ədəd PHS, 4330 ədəd piyada əleyhinə, 1110 ədəd tank əleyhinə mina aşkarlanıb
30.11.2020
Xocalı soyqırımı zamanı itkin düşmüş Cavan Orucovla bağlı videoçarx təqdim edilib - VİDEO
30.11.2020
Dekabrda bəzi ərazilərdə temperatur normadan yüksək olacaq - Aylıq proqnoz

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info