Ermənilər Laçındakı ziyarətgah və məscidləri donuz tövləsinə çeviriblər
Tarix: 29.10.2020 | Saat: 13:15:00 | E-mail | Çapa göndər


Laçın rayonunun Abdallar, Cicimli, Zeyvə, Güləbird, Əhmədli, Hoçaz, Məlikpəyə, Qarakeşiş kəndlərində müqəddəs ziyarətgahlar, türbələr, məscidlərin bir qismi ermənilər tərəfindən yararsız vəziyyətə salınıb, qalan hissəsi isə donuz tövləsinə çevrilib.

Trend-in məlumatına görə, bunu AMEA-nınTarix İnstitutunun elmi işçisi Ramin Əlizadə deyib.

Onun sözlərinə görə, Laçında Azərbaycan türklərinin minilliklər ərzində yaratdığı tarixi və mədəni abidələr erməni vandalizmi nəticəsində yerlə-yeksan edilib.

VII əsrdə ərəb istilasının başlanmasınadək Laçın ərazisinin Azərbaycan Alban dövlətinin tərkibində olduğunu xatırladan R.Əlizadə Azərbaycanın qədim türk boylarına, həmçinin Alban dövlətinə aid abidələrin nəzərə çatdırıb.

O əlavə edib ki, alban kilsələri ciddi saxtakarlıqlara məruz qalaraq erməni qriqoryan kilsələrinə çevrilib:

"Ağoğlan çayı sahilində V-VI əsrlərdə inşa edilmiş Ağoğlan monastır kompleksi qədim türk boylarına aid dini ibadətgah üzərindədir. Bu abidə “Qaranquş qalası” adı ilə də tanınır. Ağoğlan məbədinə gedən yolun üzərində at heykəlləri aşkar edilib. Hazırda bu dini məbəd erməni qriqoryan kilsəsinə çevrilib, ətrafındakı bir sıra tikililər isə erməni-qriqoryan memarlığına uyğun olmadığından qəsdən dağıdılıb. Laçının ən qədim abidələri içərisində Abdallar, Cicimli, Güləbird, Ziyrik, Hoçaz kəndlərində Tunc və Dəmir dövrlərinə aid mağara məbədləri, kurqanları, həmçinin Aşağı Fərəcan kəndində məbədi və körpünü qeyd etmək olar".

Tarixçi qeyd edib ki, Laçının ən məşhur abidələrindən biri də Cicimli kəndi ərazisindəki XIV əsrə aid Məlik Əjdər türbəsidir. Bu abidələrin əksəriyyəti erməni daşnakları tərəfindən məhv edilib. Güləbird kəndində Azərbaycan ozan-aşıq sənətinin görkəmli nümayəndələrindən biri olan Sarı Aşığın qəbirüstü abidəsi və heykəli ermənilər tərəfindən dağıdılıb.




 
Bölməyə aid digər xəbərlər
29.11.2020
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
29.11.2020
Ağdam rayonunun Şahbulaq kəndindən görüntülər - VİDEO
29.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndlərinin görüntüləri - VİDEO
28.11.2020
Kəlbəcərin Vəng kəndindən - VİDEOGÖRÜNTÜLƏR
28.11.2020
“France 24” Ağdam haqqında: Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 12006

1 İşğaldan azad edilən rayonlarda turizm necə təşkil olunacaq? - Agentlik açıqladı
2 Minsk qrupu uzunmüddətli və dayanıqlı həll üzrə danışıqlara kömək göstərməlidir - Almaniya səfiri
3 Azıx mağarasına aid arxeoloji tapıntılar Bakıya gətirildi
4 “Ezo gəlin” şorbası necə bişirilir?
5 Birinci vitse-prezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info