Azərbaycanda istehsal olunan toxumlar Gürcüstana satılacaq
Tarix: 06.11.2013 | Saat: 23:17:00 | E-mail | Çapa göndər


Bakıda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti kənd təsərrüfatı naziri Heydər Əsədov ilə görüşüb. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əlaqələr və əməkdaşlığın perspektivləri müzakirə edilib.
Nazir Heydər Əsədov ölkələrimiz arasında münasibətlərin ümummilli lider Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışıb. Azərbaycan və Gürcüstan arasında tarixən formalaşmış dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu vurğulayıb. Heydər Əsədov sitrus, çay və üzüm bitkilərinin yeni sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssisələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadəsi, həmçinin kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması ilə bağlı təkliflər irəli sürüb. Heydər Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutları arasında əməkdaşlığın genişləndirilməsi, gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini də diqqətə çatdırıb. Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirərək, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib. Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iştirak edib. Şalva Pipiya Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevlə də görüşüb. İki qonşu ölkənin ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən aqrar sahədə inkişafından məmnunluqla söhbət açan komitə sədri əməkdaşlığın bundan sonra da davamlı olacağına əminliyini ifadə edib, Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin həcminin də ildən-ilə artdığını sevindirici hal kimi dəyərləndirib. DGK sədri A.Əliyev bildirib ki, ölkələr arasında bütün sahələrdə olduğu kimi, gömrük müstəvisində də qarşılıqlı əməkdaşlıq yüksək səviyyədədir və müsbət məcrada inkişaf edən bu münasibətlərin davamlılığının təmin olunması zəruridir. Gürcüstanın kənd təsərrüfatı naziri Ş.Pipiya Azərbaycana səfərindən və Bakı şəhərinin timsalında ölkədə görülən böyük işlərdən məmnunluğunu bildirib. İki qonşu ölkənin istər siyasi-iqtisadi, istərsə də mədəni sahələrdə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayan qonaq yaxın perspektivdə qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info