“Xarici siyasət daxildə qayda-qanun yaratmaqdan başlayır”
Tarix: 06.11.2013 | Saat: 23:19:00 | E-mail | Çapa göndər


Xose İnasio Torreblanka: “İspaniyanın başı daxili böhrana o qədər qarışıb ki, xarici siyasət gündəmdən çıxıb”

“Biz hesab edirik ki, Avropa öz problemləri il məşğuldur, İspaniya isə özünə qapanıb. Böhran bizi o qədər daxili məsələlərə məşğul olmağa vadar edib ki, dünyada, ətrafımızda nə baş verdiyini unutmuşuq. Bir sözlə, xarici siyasət bizim gündəmimizdən yoxa çıxıb. Bizim ancaq bir məqsədimiz var-yaşamaq. 90-cı illərdə İspaniyanın dünyanın əsas dövlətlərindən biri olduğu, beynəlxalq münasibətlər sistemində mövqelərini möhkəmləndirdiyi vaxtları indi nostalgiya ilə
xatırlayırıq”.


Bu fikirlər İspaniyanın “El Pais” nəşrində çap edilən məqalədə yer alıb. Müəllif Xose İnasio Torreblanka qeyd edir ki, ola bilsin ki, İspaniyanın xarici siyasətinin zəifləməsi ilə bağlı tezis yanlışdır. O, fikrini əsaslandırmaq üçün xarici siyasət məsələləri üzrə məşhur ekspert Riçard Haassa istinad edir. Dünyanın nüfuzlu beyin mərkəzlərindən biri olan Beynəlxalq münasibətlər şurasının prezidenti vəzifəsinə qədər yüksələn Haass Birləşmiş Ştatların dünyada nüfuzunun artmasında mühüm rol oynamış mütəxəssislərdən biri sayılır. «El Pais» yazır ki, Haasın başçılıq etdiyi şuranın bu sahədə müstəsna rol oynadığını iddia etmək bəlkə də yanlış görünə bilər, amma fakt odur ki, “Amerika cini artıq şüşədən çıxıb və onu geri qaytarmaq mümkün deyil”. Müəllif daha sonra yazır: “İndi isə Çin başda olmaqla Asiya ölkələri güclənməyə və dünya siyasətində mövqelərini artırmağa başlayıblar. Ekspert Haass hesab edir ki, 21-ci əsrdə ABŞ dünya siyasətində əvvəlki kimi mühüm yer tutmaq istəyirsə, onda evində qayda-qanun yaratmalıdır. Əlbəttə Çinin hərbi büdcəsi, Şimali Koreya və İranın nüvə məsələsi ciddi narahatlıq yaradır. Amma biz əvvəlki kimi dünya siyasətində önəmli rol oynamaq, öz maraqlarımızı müdafiə etmək istəyiriksə, gələcəyimizi təhdid edən zəif tərəflərimiz haqqında düşünməliyik. Haass zəif tərəflərimizə köhnəlmiş infrastrukturu, ortabab səviyyədəki təhsil sistemimizi, miqrasiya siyasətini və dövlət borcunu artıran sarsılmış maliyyə sistemini aid edir. Ekspert hesab edir ki, ölkənin xarici siyasətinin uğuru daxildə qayda-qanun yaratmaqdan keçir. Belə görünür ki, Amerika bunu unudub. Birləşmiş Ştatlar dünya siyasətindəki mövqeyini qorumaq istəyirsə, İraq və Əfqanıstanda etdiyi səhvləri təkrarlamamalıdır. Bu müharibələrdən qaçmaq olardı. Əslində bu müharibələr Birləşmiş Ştatların mövqelərini möhkəmləndirmədi. Əksinə İraq və Əfqanıstan müharibələri ABŞ-ı həqiqi dəyərlər və maraqlarından uzaq saldı. Ekspert hesab edir ki, ABŞ Çinlə kəskin rəqabət aparmaqdansa, Asiya qitəsində tarazlıq yaratmaq üçün əməkdaşlığa üstünlük verməlidir. Rəsmi Vaşinqton Meksika və Kanada ilə inteqrasiyanı möhkəmləndirməklə dünya problemlərinin həllinə yardımçı olmalıdır. Haass hesab edir ki, artıq dünya birqütblü deyil və ortaya yeni iqtisadi, siyasi, hərbi güc vektorları çıxıb. Bu güclərin heç biri digərinə güzəştə getmir. Bu dünya təkcə dövlətlərdən ibarət deyil, müəssisələr, insanlar və texnologiyalar da var. Dünyada əsl güclü olan dövlət təhlükəsizliyə daha çox vəsait ayıran yox, daxilində işlərini lazımi səviyyədə təşkil edəndir. Ona görə də ABŞ üçün əsas təhdid xaricdən deyil, daxildəndir”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info