Düşmənin ən qorxulu yuxusu “Kargu-2” PUA-ları Qarabağ səmasında
Tarix: 30.10.2020 | Saat: 12:34:00 | E-mail | Çapa göndər


“Kargu-2” pilotsuz uçuş aparatını Türkiyə yalnız öz məqsədləri üçün deyil, həm də ixrac edə biləcəyi kamikadze dronlarıdır.

“Kargu” dronunun əsas xüsusiyyətləri


“Kargu-2” pilotsuz uçuş aparatlarının terror və “asimmetrik müharibə” ilə mübarizə aparmaq üçün yaradıldığı vurğulanır. PUA-nın kütləsi cəmi 15 kq-dır. “Kargu-2” havada 30 dəqiqəyə qədər qala bilir.

Dron yerdən operator tərəfindən idarə olunur. Operator dronları istənilən obyektlərə, o cümlədən hərəkətli obyektlərə yönəldə bilər. Əgər dronlar hədəfi məhv etməyibsə, sonradan yenidən istifadə üçün operatorun yanına qayıda bilir.

Bu pilotsuz uçuş aparatları düşmənin şəxsi heyətini və digər silahsız hədəflərini məhv etmək üçün qəlpəli, yüngül zirehli təhdidlərə hücum üçün kumulyativ, məhdud məkanda yerləşən hədəflərə qarşı isə termobarik döyüş başlıqları ilə təchiz edilə bilər. Bundan əlavə, pilotsuz vasitə stasionar hədəfləri məhv etmək üçün də istifadə edilə bilər.

Pilotsuz istifadənin yarımavtonom rejimi “Kargu”nun hədəfləri müstəqil aşkar edib vura biləcəyini göstərir, operator isə yalnız onu müəyyən bir əraziyə göndərməlidir. Operator dronun hücumunu ləğv edə bilər və ya başqa bir hədəfə yönləndirə bilər.

Sürü hücumu: yeni texnologiyanın faydaları

Ən maraqlısı, 2019-cu ildə pilotsuz kamikaze vasitələrinin istehsalçısı olan STM şirkəti, “Kargu” dronlarına əlavə avtonomluq verməsi, eyni zamanda dronların bir böyük dəstə (“sürü”) daxilində birgə hərəkət etmək imkanları üzərində işlədiyini elan etdi.

29-a qədər pilotsuz kamikadze eyni vaxtda “sürü” halında hərəkət edir.

Yüngül zirehli texnikanın karvanları və konvoyları, adi yük maşınları və yolsuzluq avtomobilləri, silah-sursat anbarları, təyyarə bazaları – bütün bu obyektlər “Kargu” dronları tərəfindən rahatlıqla məhv ediə bilir. Dron sürüsü ilə düşmən müdafiəsinin basdırılmasına və hədəflərin daha təsirli məhv edilməsinə nail olmaq mümkündür.

“Sürü” texnologiyası sonradan digər pilotsuz aparatlara və sursatlara da tətbiq oluna bilər. İndi Türkiyəni dünya PUA istehsalının lokomotivi adlandırmaq olar.

“Kargu-2” PUA-ları verilmiş tapşırıqları yerinə yetirməkdən ötrü hədəfin 6 metr yaxınlığına qədər çatıb, özünü partladaraq ətrafdakı hər şeyi məhv edir. “Kargu-1” seriyasına nisbətən daha səssiz olan bu PUA-lar daha uzaq məsafə qət edə və havada daha çox qala bilir.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
25.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü - VİDEO
25.11.2020
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb
25.11.2020
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
25.11.2020
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info