Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir - ETSN
Tarix: 30.10.2020 | Saat: 13:23:00 | E-mail | Çapa göndər


İşğalçı Ermənistan insanlığa və günahsız dinc sakinlərə qarşı törətdiyi cinayətləri, terror aktlarını davam etdirərək təkcə region üçün deyil, planetin ekoloji tarazlığı üçün də qiymətli olan təbiət abidələrini, flora və faunanı məhv edir. Bununla da Ermənistan faktiki olaraq Azərbaycan təbiətinə qarşı ekoloji terror törədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-ə bildirib ki, Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq və münaqişənin coğrafiyasını genişləndirərək cəbhə xəttindən kənarda yerləşən Ağcabədi və Göygöl rayonlarını mütəmadi artilleriya atəşinə tutması nəticəsində Ağgöl və Göygöl milli parklarının ərazilərinə bir neçə dəfə raket mərmiləri düşüb.

“Təcavüzkar Ermənistanın törətdiyi bu terror siyasəti nəticəsində Cənubi Qafqazda füsünkar gözəlliyə malik nadir təbii gölləri və unikal landşaftı ilə zəngin yeganə təbiət ərazisi olan Göygöl milli parkının və “Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq yerlər haqqında” Ramsar Konvensiyasının siyahısına daxil edilmiş Ağgöl milli parkının ərazisində yanğınlar baş verib, flora və faunaya, təbii landşafta ciddi ziyan dəyib”.

Nazirliyin rəsmisi qeyd edib ki, uzun illərdir işğal altında saxladığı ərazilərdə törətdiyi ağır ekoloji terrorla kifayətlənməyən təcavüzkar Ermənistan dövləti indi də ekoloji mühitin toxunulmazlığı haqqında beynəlxalq konvensiyaların tələblərini kobudcasına pozaraq və BMT-nin ətraf mühit üzrə müvafiq təşkilatlarının normativ aktlarına məhəl qoymayaraq cəbhə bölgəsindən kənarda yerləşən xüsusi mühafizə olunan təbiət ərazilərini hədəfə alır. Ermənistan Azərbaycanın mülki əhalisinə, həmçinin təbiətinə qarşı törədilən və biomüxtəlifliyin məhvinə səbəb olan işğalçı siyasətini, qeyri-insani cinayət əməllərini bununla da bir daha nümayiş etdirir.

“Ermənistan tərəfindən insanlara və ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayır və beynəlxalq hüquq müdafiəçilərini işğal olunmuş Azərbaycan ərazilərində erməni separatçılarının törətdikləri cinayətləri dünya ictimaiyyətinə çatdırmaq üçün təxirəsalınmaz addımlar atmağa çağırırıq”.




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranın XİN başçısı Kəlbəcərin işğaldan azad olması münasibətilə Ceyhun Bayramovu təbrik edib
25.11.2020
İşğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsü - VİDEO
25.11.2020
“France-24” kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb
25.11.2020
“Xidməti pasport almaq hüququ olan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilib
25.11.2020
Xocalı rayonunun Quşçubaba kəndi Baharlı adlandırılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11910

1 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
2 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
3 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
4 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?
5 “Qreçka“, yoxsa düyü – Hansını çox yeməlisiz?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info