“AtaBank” və “Visa İnternational”lə birgə lotereya oyununun qalibləri müəyyən olundu
Tarix: 07.11.2013 | Saat: 14:44:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC və “Visa İnternational” beynəlxalq ödəniş sistemi ilə birgə təşkil edilmiş «Oturduğun yerdən Hədiyyə qazan» lotereyasının tirajı noyabr ayının 2-də keçirilib. Lotereyada iştirak edən elektron biletlərin sayı 41677 ədəd təşkil edib. Lotereyanın əsas mükafatı Chevrolet Aveo avtomobili idi. Bundan başqa, 10 ədəd Sony Experia Z smartfonu və hər biri 50 manat dəyərində olan 100 ədəd Hesab.az hədiyyə kartları oynanılıb. İştirakçılar e-biletləri, Hesab.az portalında aparılmış online ödənişlər və əməliyyatlar sayəsində qazandıqları bonus xalları ilə əldə ediblər. Baş mükafatı qazanmaq şansı əldə etmək üçün bir elektron biletin dəyəri 25 min bonus xal təşkil edib. 10 ədəd Sony Experia Z smartfonuna iddialı olan iştirakçılar bir e-bilet əldə etmək üçün 10 min xal toplamalı idilər. Visa kartları vasitəsi ilə onlayn ödəniş həyata keçirərkən bonus xallarının sayını iki dəfə, AtaBank ASC-nin Visa kartları vasitəsi ilə əməliyyat apararkən isə dörd dəfə xal sayını artırmaq hüququ əldə edirdilər. Aksiyanın keçirildiyi dövrdə AtaBank ASC-dən Visa plastik kartlarını pulsuz əldə etmək mümkün idi.
Elektron püşkatma yolu ilə aparılan lotereya tirajının nəticələrinə əsasən 111 qalib müəyyənləşib. Baş mükafat - Chevrolet Aveo avtomobilini- 4126805 nömrəli biletin sahibi qazanıb. 10 ədəd Sony Experia Z smartfonlarını isə 2217233, 2625188,4734485, 4916076, 3817109, 7436721,9101991, 4577717, 3646617 və8193509 biletlərin sahibləri qazanıblar.
Mükafatların verilməsi noyabrın 15-dən başlanılacaq. Lotereyada oynanılan mükafatları “QoldenPey” şirkətinin ofisindən 3 (üç) ay ərzində əldə etmək mümkün olacaq.
Qorqud




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info