Latviyada əsaslı təmir olunmuş daha bir teplovoz ölkəmizə gətirilib
Tarix: 07.11.2013 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində bu günlərdə daha bir TEM-2 seriyalı teplovoz Latviya Respublikasında əsaslı təmir olunaraq ölkəmizə gətirilib.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən bildiriblər ki, Biləcəri lokomotiv deposunda QSC sədrinin birinci müavini Əlirza Süleymanovun iştirakı ilə teplovoza baxış keçirilib.
Bildirilib ki, Prezident İlham Əliyevin 2010-cu il 6 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın tərkib hissələrindən biri də Azərbaycan Dəmir Yolunun lokomotiv parkının genişləndirilməsi üçün yeni lokomotivlərin alınması və mövcud lokomotivlərin əsaslı təmirinin həyata keçirilməsidir. İndiyədək 11 lokomotiv müxtəlif ölkələrdə əsaslı təmir olunaraq istifadəyə verilib.
Məlumat verilib ki, bu ilin fevral-mart aylarında TEM-2 seriyalı daha 5 teplovoz Vilnüs lokomotivlərin təmiri deposuna əsaslı təmirə göndərilib. Həmin teplovozlardan biri noyabrın 6-da ölkəyə gətirilmişdir və bu gün xəttə buraxılır. Əsaslı təmir olunmuş teplovozda kondisioner sistemi, müşahidə kameraları və soyuducu quraşdırılmışdır. Digər 4 teplovozun təmiri davam etdirilir.




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Ötən il Azərbaycana 17 milyard manatdan çox investisiya qoyulub
22.01.2019
Azərbaycan nefti bahalaşıb
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info