ATGTİ idarə heyətinin üzvü Moskvada mükafata layiq görülüb
Tarix: 07.11.2013 | Saat: 18:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) idarə heyətinin üzvü Məcid Musayev Rusiya Federasiyasının A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu tərəfindən mükafata layiq görülüb.
ATGTİ-nin mətbuat xidmətindən bildiriblər ki, Məcid Musayevə bu mükafat A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun mətbuat xidməti ilə səmərəli əməkdaşlığa görə verilib.
Həmyerlimiz fondun oktyabrın 29-dan noyabrın 2-dək Moskvada keçirilən ilk tədbirində iştirak edib.
Tədbir çərçivəsində iştirakçılar Rusiyanın millət vəkilləri və ictimai xadimləri ilə görüşlərə qatılaraq, ölkələrinin xarici və gənclər siyasətini müzakirə ediblər.
Aleksandr Puşkin adına Dövlət İncəsənət Muzeyinin yeni direktoru Marina Loşakla görüşdə gənclər MDB ölkələrinin mədəniyyət sahəsində əldə etdikləri nailiyyətlər, ölkələrinin tarixi – mədəniyyət abidələri ilə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə M.Loşak Azərbaycan muzeylərinin ümumi fəaliyyətini yüksək qiymətləndirib.
Rusiya Xarici İşlər Nazirliyinin iqamətgahında keçirilmiş rəsmi bağlanış mərasimində çıxış edən Məcid Musayev MDB məkanında gənclərarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun “Dostlar klubu”nun növbəti iclasının Bakıda keçirilməsi təklif edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info