Sumqayıtda “Bayrağımız milli dəyərimizdir!” mövzusunda “dəyirmi masa” keçirilib
Tarix: 07.11.2013 | Saat: 18:54:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız milli dəyərimizdir!” mövzusunda “dəyirmi masa” keçirilib.
Gənclər və İdman Baş İdarəsindən bildiriblər ki, yaradıcı, istedadlı və fəal gənclərin iştirak etdiyi tədbirdə Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış “Bayrağımız milli dəyərimizdir!” qısametrajlı sənədli filmi nümayiş olunub.
Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı iştirakçılara Dövlət Bayrağı Günü haqqında ətraflı məlumat verib, bu günün rəsmi bayram kimi qeyd edilməsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu vurğulayıb. Bildirilmişdir ki, təkcə Bakı şəhərində deyil, respublikanın şəhər və rayonlarında da bayraq meydanları yaradılmışdır və bu, dövlət rəmzlərinin təbliğində mühüm rol oynayır.
“Dəyirmi masa”da çıxış edənlər ümummilli lider Heydər Əliyevin dövlət rəmzlərinin təbliği istiqamətində başladığı işlərin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin ölkənin beynəlxalq imicinin yüksəldilməsində mühüm rol oynadığını diqqətə çatdırıblar. Son illər Sumqayıtda da dövlət bayrağına sevgi və hörmət hissləri aşılanması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən söz açıblar.
Sonda tədbir iştirakçılarına masaüstü dövlət bayraqları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info