ADA-da “İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər” mövzusunda forum keçirilib
Tarix: 07.11.2013 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


Noyabrın 7-də Azərbaycan Diplomatik Akademiyası (ADA) və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTM) birgə təşkilatçılığı ilə “İnsan resurslarının idarə edilməsi sahəsində son meyillər” mövzusunda forum keçirilib.
Forumun məqsədi insan resurslarının idarə edilməsi sahəsində ölkədə və dünyada gedən son meyilləri müxtəlif təşkilat və biznes qurumlarının insan resurslarının idarə olunması üzrə məsul şəxsləri ilə müzakirə etmək və qarşılıqlı faydalı fikri mübadiləsi aparmaq olub.
ADA-nın prorektoru Emin Hüseynov çıxış edərək forumun insan resursları üzrə menecerlər arasında faydalı şəbəkənin qurulması baxımından əhəmiyyətli olduğunu söyləyib. E.Hüseynov ADA-nın fəaliyyəti, təhsil ocağında təklif edilən magistratura və ixtisasartırma proqramları haqqında iştirakçılara məlumat verib.
Prorektor ADA-da fəaliyyət göstərən Karyera İdarəetmə Mərkəzinin tələbələrin akademiyanı bitirdikdən sonra iş həyatına hazırlanması və işlə təmin olunmasında oynadığı roldan danışıb.
Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev insan resurslarının idarə edilməsi sahəsində geniş təcrübəsini iştirakçılarla bölüşüb. O deyib ki, mərkəz 2011-ci ildən başlayaraq bank və qeyri-bank biznes qurumlarına onların sifarişləri əsasında həm işləyənlərin, həm də iş üçün müraciət edən namizədlərin bilik səviyyələrinin müvafiq olaraq iddia etdikləri vəzifələrə uyğunluğunun test vasitəsi ilə qiymətləndirilməsi xidmətlərini göstərir.
Forumda insan resurslarının idarə edilməsində son meyillər, insan resurslarının planlaşdırılması və işə qəbul sahəsində qabaqcıl təcrübələr, kadr ehtiyatının yaradılması və idarə edilməsi, işçi heyətinin təlimləndirilməsi, inkişafı və digər müvafiq mövzular ətrafında çıxışlar edilib, fikir mübadiləsi aparılıb.
Tədbirdə, həmçinin ADA-da insan resursları klubunun yaradılması ideyası ətrafında müzakirələr aparılıb.





 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır
18.01.2019
“İaşə müxalifəti”nin yalanlar üzərində qurulan təbliğatı...
18.01.2019
İqtisadiyyat Nazirliyində 20 Yanvar qurbanlarının xatirəsi yad edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info