Sumqayıtın məhəllələri abadlaşır
Tarix: 07.11.2013 | Saat: 22:26:00 | E-mail | Çapa göndər


Sumqayıtda daha bir mikrorayonun məhəlləsi abadlaşdırılıb. Şəhər İcra hakimiyyətinin təklifi ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi Sumqayıtın 9-cu mikrorayon yaşayış massivində müasir nümunəvi həyətlər yaradıb.
Şəhərin abadlıq nümunəsinə çevrilən bu yaşayış massivində bütün evlərin fasadları yenilənib, həyətlərdə oturacaqlar, köşklər quraşdırılıb, uşaqlar üçün əyləncə meydançaları tikilib. Yeni tikilmiş futbol meydançası da idman sevərlərin ixtiyarına verilib. Evlərin qarşısında yaşıl qazonlar salınıb, dekorativ ağaclar əkilib, küçələrə asfalt döşənib. Yenilənən mikrorayonun təqdimat mərasimində şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri və sakinlər iştirak ediblər.
Mikrorayonun sakinləri bütövlükdə yaşayış massivinin simasının dəyişdirilməsi layihəsinin həyata keçirilməsini yüksək qiymətləndiriblər. Yaşayış massivlərinin abadlaşdırılmasına, göstərilən yüksək diqqət və qayğıya görə, dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, artıq Sumqayıtda 5 mikrorayonda 11 nümunəvi məhəllə yaradılıb. Dekabr ayında şəhərin 12 mikrorayonunda növbəti yenilənmiş məhəllə sakinlərə təqdim olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərinin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info