Daha bir təlim kursu başa çatdı
Tarix: 07.11.2013 | Saat: 22:34:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Azərbaycan hökuməti və Beynəlxalq İnkişaf Assosiasiyasının birgə həyata keçirdiyi “Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən növbəti təlim kursu başa çatıb.
Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən reallaşdırılan "Statistik təhlil" mövzusunda təlim kursunun yekununda universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Kazımov çıxış edərək Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinin də tövsiyə və tapşırıqlarına əsasən kadr potensialının gücləndirilməsinin prioritet vəzifə kimi daim diqqət mərkəzində saxlandığını bildirib. Bir il ərzində universitetdə müxtəlif mövzulara həsr olunmuş, uğurla reallaşdırılan təlim kursları da məhz bu məqsədlə təşkil olunub. Bu təlim kursları regionun bütün dövlət strukturlarının və nazirliklərin əməkdaşlarını, habelə universitetin müxtəlif ixtisaslar üzrə müəllim və tələbələrini əhatə edib. Anar Kazımov əmin olduğunu bildirdi ki, təlim kursu nəticəsində statistik təhlilin istifadəsi üzrə potensial güclənəcək və ekspertlərlə bərabər, təlimlə fəal iştirak edən müəllim və tələbələr də yeni metodologiya və materiallar şəklində faydalanacaqlar. Ekspert təlimçi, Azərbaycan Dövlət İqtisad Universitetinin əməkdaşı, Azərbaycan Universiteti Biznes Məktəbinin dekanı Elçin Rəşidov, İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti, ekonometika və maliyyə fənləri üzrə təlimçi Ziya Əlili səmimi qarşılanma və təşkilatçılıq üçün universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, təlim zamanı geniş istifadə olunan statistik metod və üsullar barədə iştirakçılara məlumat verilib, həmçinin statistik təhlilin ən faydalı şəkildə tətbiq olunduğu hallar müəyyən olunub. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Mehriban SULTAN




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Külək dayanacağın damını uçurub
17.01.2019
Heyvan kəsimi ilə məşğul olanlarla görüşdə işin daha səmərəli təşkili məsələləri müzakirə edilib
17.01.2019
“AtaSığorta” Könüllü Tibbi Sığorta üzrə “Ailə paketi” adlı məhsul təqdim edir
16.01.2019
İqtisadiyyat nazirinin vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.01.2019
Nazirin Xızı şəhərində vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info