Ermənistan əhalisinin sayı bir il ərzində 265 min nəfər azalıb
Tarix: 07.11.2013 | Saat: 23:10:00 | E-mail | Çapa göndər


Ermənistan əhalisinin sayı azalmaqda davam edir.
Bu haqda məlumat yayan “Joxovurd” nəşri qeyd edir ki, ölkənin daimi sakinlərinin sayının azalmasını rəsmi qurumların məlumatları da təsdiq edir: “Bu günlərdə Ermənistan Milli Statistika Xidməti ölkədə daimi yaşayan əhalinin sayı ilə bağlı məlumat yayıb. 2013-cü ilin 1 oktyabr tarixinə olan məlumata görə ölkədə daimi olaraq 3 milyon 17 min nəfər yaşayır. Bir il bundan əvvəl isə daimi əhalinin sayı 3 milyon 282 min nəfər olub. Rəsmi məlumatlardan belə bir nəticə çıxır ki, sadəcə bir il ərzində Ermənistan əhalisinin sayı 265 min nəfər azalıb. Bir məlumat da diqqəti cəlb edir ki, azalma əsasən şəhər əhalisinə aiddir. Belə ki, şəhər əhalisi bir il ərzində 2 milyon 101 min 200 nəfərdən 1 milyon 913 min 400 nəfərə enib”.
Anar




 
Bölməyə aid digər xəbərlər

Şərh əlavə olunmayıb



    ,    


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info