Ukraynada millətlər ittifaqı yaradılır
Tarix: 07.11.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Ukraynada ilk dəfə olaraq Ukrayna Millətlər Assambleyası (UMA) yaradılıb. Assambleyadan verilən məlumata görə, təşkilatda Ukrayna Macarları Konqresi, Ukrayna Yəhudi Forumu, Ümumukrayna Türkdilli Xalqları Mərkəzi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi, Krım Azərbaycanlıları Cəmiyyəti, Ukrayna Qaqauzları Konqresi və digər ölkədə yaşayan etnik xalqların cəmiyyətləri də daxil olmaqla 50 milli cəmiyyət birləşir.
Noyabrın 15 - də Ukraynanın paytaxtı Kiyevdə Ukrayna Millətlər Assambelyasının təqdimatı və fəaliyyətə başlaması ilə bağlı beynəlxalq konfrans keçiriləcək. Konfransda Ukrayna Prezident Administrasiyasının rəsmiləri, Ali Radanın deputatları, Ukrayna Xarici İşlər, Mədəniyyət nazirliyinin, Turizm və Gənclər nazirliklərinin rəsmiləri, ABŞ konqresmenləri, BMT-nin və bir sıra beynəlxalq təşkilatların nümayəndələri, Ukraynada fəaliyyət göstərən 25 müxtəlif ölkənin səfirləri, tanınmış ictimai və elm xadimləri, siyasi icmalçılar, Ukraynada yaşayan müxtəlif millətlərin nümayəndələri, yerli və xarici KİV nümayəndələri iştirak edəcəklər.
Təqdimatda Ukrayna Millətlər Assambleyası sədrinin, idarə heyətinin təsdiq olunması, fəaliyyətinin əsas istiqamətləri haqqında qərarlar qəbul olunacaq. Ukraynada millətlərarası münasibətlərlə bağlı etnosiyasi sahədə fikir mübadiləsi aparılacaq, konsepsiyalar müəyyən olunacaq.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info