Bakı Beynəlxalq Avtovağzalında onlayn bilet satışına başlanılıb
Tarix: 07.11.2013 | Saat: 23:22:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) şəhərlərarası və beynəlxalq müntəzəm reyslərlə yola düşən avtobuslara onlayn bilet satışına başlayıb. Bunu Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov bildirib. Onun sözlərinə görə, onlayn şəkildə bilet sifariş verən şəxslər həmin avtobus yola düşməzdən bir saat öncə biletlərini əldə
edə bilərlər.


N.Həsənov bu yeniliyin üstünlüyündən danışarkən bildirib ki, biletlərin onlayn satış sistemi ilk növbədə vaxta qənaət etmək imkanı verir: «Məsələn, adətən bayram günləri ərəfəsində sərnişin sıxlığı müşahidə olunur. Buna görə də 10 gün əvvəlcədən avtovağzala gedib, bilet almaq lazım olurdu. Lakin artıq onlayn sistemlə avtovağzala getmədən bilet almaq mümkündür».
Nazirlik nümayəndəsi həmçinin bu sistemin şəffaflığa da yol açdığını deyib. O, bildirib ki, satışda olan biletlərin sayı dəqiqliklə göstəriləcək: «Bu sistem avtovağzal əməkdaşlarının da işini rahat edəcək». Həmçinin, onlayn bilet alışını plastik kart vasitəsi ilə də ödəmək mümkündür.
N.Həsənov eyni zamanda yeni sistemin tətbiqi nəticəsində şəhərlərarası və beynəlxalq avtobus reyslərinə biletlərin qiymətlərində heç bir dəyişikliyin olmadığını qeyd edib. Namiq Həsənov onu da qeyd edib ki, Nəqliyyat Nazirliyi 2014-cü ilin may ayına kimi Bakının Ziya Bünyadov prospektinin yenidən qurulmasını tamamilə başa çatdıracaq. Onun sözlərinə görə, paytaxt yollarında yüklənmənin azalmasına töhfə verəcək iri yol layihəsi çərçivəsində işlər sürətlə davam etdirilir: "Hazırda bir sıra yol layihələri çərçivəsində fəal işlər aparılır. Onların arasında Ziya Bünyadov prospektinin yenidən qurulması da var. Burada işlərin 2014-cü il mayın 1-dək başa çatdırılması planlaşdırılır". Ziya Bünyadov prospektində infrastrukturun yenidən qurulması çərçivəsində ümumilikdə bir yolayrıcı kompleksinin, bir yolötürücünün və iki tunel tipli yolötürücünün, eləcə də dəmiryol üzərindən yolötürücünün inşası planlaşdırılır. Bundan əlavə, piyadaların prospekti təhlükəsiz keçmələrini təmin etmək üçün dörd yeraltı keçidin tikintisi nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info