“Mövcud siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirib”
Tarix: 07.11.2013 | Saat: 23:32:00 | E-mail | Çapa göndər


Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti idarə heyətinin sədri Murat Bakır Azərbaycan Prezidentini təbrik edib: “Hörmətli cənab Prezident,
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq hər bir xalqın arzusudur. Azərbaycan xalqı da bu arzusunu böyük fədakarlıqlar və əvəzsiz itkilər hesabına həyata keçirməyə nail olub. Azərbaycan dövlətinin qazandığı uğurlar, milli dövlətçiliyimizin qorunub möhkəmləndirilməsi, demokratik, hüquqi və sülhsevər bir ölkə kimi tanınması ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir. Bu gün ümummilli liderin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Zati-alinizin həyata keçirdiyi dərin məzmunlu və çoxşaxəli siyasi kurs Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirir. Bunun nəticəsidir ki, dost və qardaş Türkiyə Respublikası başda olmaqla region və digər dünya dövlətləri ilə Azərbaycan Respublikası arasında qarşılıqlı iqtisadi-siyasi, sosial mədəni əlaqələr gündən-günə genişlənir və inkişaf edir. Cənab Prezident, Azərbaycan-Türkiyə dostluq və qardaşlığının möhkəmlənməsinə, türk investorların Azərbaycana cəlb edilməsinə töhfələr verən Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyəti - TÜSİAB-ın üzvləri adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf yolu ilə sürətlə irəliləyərək öz tarixinin yeni şanlı səhifələrini yazacaq”.
Türkiyə Böyük Millət Məclisinin Trabzondan millət vəkili Əli Naci Tuncer, Sloveniyanın iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnik, Moskvadakı “SitiMed” klinikalar şəbəkəsinin baş direktoru Ənvər Həmidov, Yekaterinburqun başçısı - Şəhər Dumasının sədri Yevgeni Royzman, Çili Respublikasının keçmiş Prezidenti, Demokratiya və İnkişaf Fondunun sədri Rikardo Laqos, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, Oslo Azərbaycan Evi-nin təsisçisi və sədri, Norveç Azərbaycanlıları Gənclər Təşkilatının təsisçisi və baş katibi, Avropa Azərbaycanlıları Konqresinin İcraiyyə Komitəsinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi idarə heyətinin üzvü Ramil Əliyev də Prezidenti təbrik ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info