Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu başlayıb
Tarix: 08.11.2013 | Saat: 14:24:00 | E-mail | Çapa göndər


Noyabrın 8-9-da Qırğızıstanın ev sahibliyi ilə Bişkekdə Türkdilli Dövlətlərin və İcmaların III Media Forumu keçirilir. Forumun əsas mövzusu "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media" olacaq.
“Palitra”nın Forumun saytına istinadən verdiyi məlumata görə, tədbir türk mənşəli jurnalistlər arasında qarşılıqlı fikir, bilik və təcrübə mübadiləsi aparmağa, həmçinin məhsuldar və səmərəli əməkdaşlıq imkanlarını nəzərdən keçirməyə hesablanıb.
Qırğızıstan Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə təşkil ediləcək iclasda Türkdilli Dövlətlərin Media Platformasının (TürkMEP) rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, TürkMEP-in baş katibi, Türkiyə hökuməti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Murad Karakaya, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı, Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) baş katibi Jandos Asanov, həmçinin ali məktəb müəllimləri, yüksəkvəzifəli funksionerlər və KİV əməkdaşları, o cümlədən Trend İnformasiya Agentliyinin nümayəndəsi iştirak edəcəklər.
Forumun proqramı aşağıdakı panellərdən ibarətdir: "Ənənəvi kütləvi informasiya vasitələrinin yenidən qurulması prosesi və yeni media", "Yeni media texnoloji dəyişikliklərin təzahürü kimi", "Yeni media kontekstində KİV-də etika".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Prezident Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub
26.06.2019
Əlahiddə Ümumqoşun Ordusu Naxçıvanın təhlükəsizliyinin qarantıdır
26.06.2019
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
26.06.2019
Gədəbəyin daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
26.06.2019
Muxtar respublikanın Dövlət Miqrasiya Xidmətində ötən ay 651 müraciətə baxılıb

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10817

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Heydər Əliyev və bələdiyyələr
3 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
4 Əli Nağıyev DTX rəisi təyin edildi
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


27.06 12:16
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info