Azərbaycanda tikinti işləri ucuzlaşıb
Tarix: 08.11.2013 | Saat: 14:39:00 | E-mail | Çapa göndər


2013-cü ilin III rübündə Azərbaycanda tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,3 faiz ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən “Palitra”ya verilən məlumata görə, rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz, yol və körpü tikintisində isə 0,1 faiz ucuzlaşma müşahidə edilib.
Cari ilin III rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə 0,2 faiz, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,1 faiz ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz, 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə 0,5 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası üzrə 0,2 faiz, ümumtəhsil məktəblərinin tikintisi üzrə 0,3 faiz, istehsal təyinatlı obyektlərdən isə sənaye obyektlərinin tikintisi üzrə qiymətlər 0,1 faiz ucuzlaşıb.
Yol tikintisi üzrə qiymətlər 0,1 faiz, körpü tikintisi üzrə isə qiymətlər 0,3 faiz ucuzlaşıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”
18.09.2018
Ucqar dağ kəndlərindəki uşaqlara məktəb ləvazimatları verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info