Nəqliyyat və rabitə işçilərinin əməkhaqları artıb
Tarix: 08.11.2013 | Saat: 14:49:00 | E-mail | Çapa göndər


Azərbaycanda cari ilin doqquz ayında nəqliyyat müəssisələrində işləyən 72,5 min muzdlu işçinin 72,2 faizi dövlət müəssisələrində, 27,8 faizi özəl bölmədə çalışıb.
Dövlət Statistika Komitəsindən “Palitra”ya verilən məlumata görə, işçilərin 52,8 faizi yerüstü və boru kəməri, 13,5 faizi su, 15,1 faizi hava nəqliyyatı, 18,6 faizi isə köməkçi və əlavə nəqliyyat fəaliyyəti göstərən müəssisələrdə işləyib.
2012-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə nəqliyyatçıların orta aylıq əməkhaqqısı 7,1 faiz artaraq 530,0 manat olub, bu göstərici hava nəqliyyatında 819,7 manat, dəniz nəqliyyatında 728,5 manat, metro nəqliyyatında 529,8 manat, avtomobil nəqliyyatında 496,8 manat, dəmir yolu nəqliyyatında isə 242,3 manat təşkil edib. Əməkhaqqı dəmir yolu nəqliyyatında 9,0 faiz, metro nəqliyyatında 7,0 faiz, dəniz nəqliyyatında 5,6 faiz, avtomobil nəqliyyatında isə 4,9 faiz artıb.
İnformasiya və rabitə müəssisələrində işləyənlərin sayı 26,9 min nəfər, bir işçinin orta aylıq əməkhaqqısı isə 8,0 faiz artaraq 668,8 manat olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info