Riqada tələbələr Dövlət Bayrağı Gününə həsr edilmiş təqdimat keçiriblər
Tarix: 08.11.2013 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Dövlət Bayrağı Günü münasibətilə Riqa Texniki Universitetində “Azərbaycan gəncləri gecəsi” keçirilib.
Azərbaycanın Latviyadakı səfirliyinin maliyyə və təşkilati dəstəyi ilə keçirilən tədbirdə müxtəlif xarici ölkələrdən Riqada təhsil alan tələbələr də iştirak ediblər. Əvvəlcə Azərbaycan haqqında videoçarx göstərilib. Azərbaycanlı tələbələr ölkəmizin tarixi, zəngin mədəniyyəti və memarlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə təqdimatla çıxış ediblər.
Gənclər bildiriblər ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü elan edilib. Üçrəngli bayrağımızın zolaqlarındakı rənglərin hər biri rəmzi məna daşıyır: göy rəng Azərbaycan xalqının türk mənşəyinin, qırmızı rəng müasirliyin, yaşıl rəng isə xalqımızın islam sivilizasiyasına mənsub olmasının rəmzidir. Bakıda Dövlət Bayrağının yaradılması, burada dünyada ən uca – 162 metr hündürlüyündə bayraq dayağı ucaldılması barədə məlumat verilib.
Riqada ali təhsil alan həmvətənimiz Aygün Kərimova deyib ki, bu cür tədbirlər müxtəlif millətləri təmsil edən gənclərinə ayrı-ayrı ölkələrin mədəniyyəti ilə real tanış olmaq imkanı yaradır. Bu tədbir Azərbaycan xalqının mədəni-tarixi irsinin çoxmillətli Latviya cəmiyyətində təbliğ edilməsi baxımından çox əhəmiyyətlidir.
Azərbaycanlı tələbələr milli rəqslər ifa etmiş, tədbir iştirakçılarını milli Azərbaycan mətbəxinin ləziz nümunələrinə qonaq ediblər.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info