CAR-ın nüfuzlu “The New Age” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib
Tarix: 08.11.2013 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


Cənubi Afrika Respublikasının geniş oxucu kütləsinə malik ingilisdilli “The New Age” qəzetində Azərbaycanla bağlı məqalə dərc edilib.
Məqalənin müəllifi III Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun professoru, keçmiş səfir, “Azərbaycanın Cənubi Afrikadakı Dostları” qeyri-hökumət təşkilatının təsisçilərindən biri Tomas Vilerdir.
Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyindən verilən məlumata görə, müəllif III Bakı Beynəlxalq Humanitar Forumunda dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələrin, eləcə də sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının, ictimai-siyasi, mədəniyyət xadimlərinin iştirak etdiklərini diqqətə çatdırır.
Forum iştirakçılarının Azərbaycanın bölgələrinə də səfərlərinin təşkil edildiyini yazan T.Viler özünün Naxçıvan Muxtar Respublikasında olduğunu, burada gördüklərinin onda gözəl təəssüratlar yaratdığını bildirir. Müəllif yazır ki, Bakıda olduğu kimi, Naxçıvanda da böyük abadlıq, quruculuq işləri aparılıb.
T.Viller məqalədə Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün bir milyondan artıq azərbaycanlının öz doğma yurdlarından didərgin düşməsi ilə nəticələndiyini oxucuların diqqətinə çatdırır.
Azərbaycanın uğurlu enerji siyasəti haqqında məlumat verən müəllif bu ölkənin iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayır. O, həmçinin bildirir ki, Azərbaycan rəhbərliyi qeyri-neft sektorunun, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının, turizmin və kənd təsərrüfatının inkişafına böyük önəm verir.
2001-ci ildə Azərbaycana səfər etdiyini yazan T.Viler bu müddətdə ölkənin tanınmayacaq dərəcədə inkişaf etdiyini diqqətə çatdırır. O əlavə edir ki, Bakı Beynəlxalq Humanitar Forumu müasir dövrümüzdə olduqca vacib məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, həm də xaricdən gələn qonaqlara Azərbaycanın dinamik inkişafını görmək üçün imkan yaradır.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info