“Le Point”: “Rusiya-Avropa: Soyuq müharibə elan edildi”
Tarix: 08.11.2013 | Saat: 19:11:00 | E-mail | Çapa göndər


“Rusiya qəzəbinin birinci qurbanı Litva olub”

“Vahid Avropanın 28 ölkəsi və Vladimir Putin toqquşmaya keçiblər. Avropa Birliyi Ukraynanı Avropa kontingentinə birləşdirməyə çalışır, Moskva isə buna hiddətlə müqavimət göstərir. Rusiya qəzəbinin birinci qurbanı isə Litva olub ki, bu təkbətəkdə Rusiya üçün qadağan olunmuş fəndlər yoxdur”. Bu barədə Vilnüsdə çıxan “Le Point” qəzetinin xüsusi müxbiri Alen Franko bildirib.
Müəllif qeyd edir ki, bu ilin oktyabrında Moskva Litvadan süd məhsullarının gətirilməsinə qadağa qoyub.
Ölkənin baş naziri özünün rusiyalı həmkarı ilə bu məsələ ilə bağlı əlaqə yaratmağa çalışsa da, Dmitri Medvedev ona yalnız 3 həftədən sonra zəng edib. Litva prezidenti Dalya Qribauskayte hiddətlənərək bu barədə belə bildirib: “Rusiya bizə bu barədə heç bir yazılı izahat təqdim etməyib. Həmçinin heç bir əlamət müşahidə edilmir ki, o, belə bir şeyi təqdim edəcək”. Məqalədə o da qeyd edilir ki, Litva süd sənayesi sözügedən qadağaya görə hər gün 3 milyon avro itirir: “Bundan başqa, oktyabrın sonunda “Kreml mediası” belə bir şayiə yayıb ki, guya Qribauskayte gəncliyində DTK ilə əməkdaşlıq edib. Bu barədə Litva prezidenti belə bildirib: “Mən bunu medianın şəxsən mənə qarşı hücumu hesab edirəm”.
Müəllif Franko qeyd edir ki, tərəflər arasındakı konflikt çətin ki bununla bitmiş olsun. Frankonun müsahibə götürə bildiyi bütün Litva məmurları Kalininqraddakı qəribə hazırlıqlardan karıxıblar. Bəzi məlumatlara görə, adıçəkilən Rusiya anklavında qaz ehtiyatını artırırlar: “Ola bilər ki, Moskva Kalininqrada və ya da ola bilsin, Litvaya axan qaz kəmərinin ventilini bağlamağa hazırlaşır? Vilnüsdə bu məsələyə belə cavab verirlər: “Bu, istisna edilmir”.
Qəzet müəllifi daha sonra bildirir: “Amma konflikt təkcə kiçik bir Baltikyanı ölkə ilə Moskvanın arasında deyil, bundan daha geniş miqyasdadır: Litvanın simasında bütün Avropa İttifaqı hücuma məruz qalır. Putinin mesajı kifayət qədər aydındır: Əlini Ukraynadan çək, bu, Rusiyanın Gömrük İttifaqına qoşmaq istədiyi öz mülküdür.
Soyuq müharibə atmosferi litvalılara sovet işğalının qaranlıq vaxtlarını xatırladır. Amma bir kiçik istisna var: indi bu Baltikyanı ölkə Avropa Birliyinə daxil olub”.
Az öncə Dalya Qribauskayte Anqela Merkelə əla bir hədiyyə edib – böyük bir baş Litva cüqas pendiri. Bu pendirin də Rusiyaya idxalına qadağa qoyulub. Bu hədiyyə ona işarədir ki, bu dəfə bütün avropalılar bir masa arxasında oturublar”.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info