İqor Muradyan: “ Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması məntiqi addım sayılmalıdır”
Tarix: 08.11.2013 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


“Lragir”: “Hazırda regiona yanaşmada əsas üstünük Azərbaycana verilir”

“Erməni xalqının bu həyatda yaşam kredosu “sahibimiz kimdir”, “kim bizi idarə edir” tezisi üzərində qurulub. Erməni xalqı əsrlərdir bu paradiqma ilə yaşayır. Həmişə bizə nəsə vəd edirlər, sonradan isə bu vədlər unudulur”. Bu sətirlər “Lragir”də yayılan məqalədə yer alıb. Həmin yazıda İqor Muradyan qeyd edir ki, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanması gözlənilən əməkdaşlıq sazişinin təxirə düşməsini də bu kontekstdə dəyərləndirmək lazımdır. Müəllif qeyd edir ki, Rusiya Ermənistanın Avropa strukturlarına inteqrasiyasının qarşısını almaq üçün İrəvana bir çox yağlı vədlər versə də sonradan bu vədlərin yerinə yetiriləcəyinə heç kim inanmır: “Ermənistana fantastik vədlər verilir, amma sonra Ermənistanın özü kimi həmin vədlər də yaddan çıxır. Avropa İttifaqı da bəyan edir ki, Ermənistan unudulmayacaq. Amma reallıqda Ermənistanın incə şəkildə izolyasiya edilməsi və unudulması ilə bağlı plan hazırlanır. Ermənistanın unudulmadığını sübut etmək üçün isə Qarabağın Azərbaycana qaytarılması üçün təzyiqlər edəcəklər. Əvvəllər ABŞ və Qərb regionda balansı saxlamaq üçün Ermənistanın zəifləməsində maraqlı deyildilər. Amma hazırda regiona yanaşmada əsas üstünük Azərbaycana verilir və bu kontekstdə Qarabağın Azərbaycanın nəzarətinə qaytarılması tamamilə məntiqi addım sayılmalıdır. Bu mənada ola bilsin ki, Qərb bu planını elə Rusiyanın əli ilə həyata keçirsin. Ermənistanın bu vəziyyətdə manipulyasiya etmək üçün heç bir şansı qalmır. Ermənistan cəmiyyəti və elitası bu planı dəstəkləməyə hazırdır. Onları istismar edən yerli klan hakimiyyətindənsə, xarici dildə danışanlara tabe olmaq daha yaxşıdır. Regiona münasibətdə həyata keçirilən siyasətdə ciddi dəyişikliklər baş verir və Ermənistanın bu situasiyadan çıxması çox çətin olacaq. Ümumiyyətlə, Ermənistan bu vəziyyətdən çıxa biləcəkmi?”.

Anar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır
17.11.2018
“Küçə demokratiyasının qaydaları böyük siyasətdə qəbul edilə bilməz”
17.11.2018
Viqen Sarkisyan: “Ötən aylar Ermənistanın xarici siyasəti ilə bağlı narahatlıqlar yaradır“
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
16.11.2018
Gürcüstanda seçkilər: xaricdən gələn səslər həlledici ola bilər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info