Urbanizasiya uşaqlara necə təsir edir?
Tarix: 08.11.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının, (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransı çərçivəsində “İslam Dünyasında Uşaqlar və Urbanizasiya Problemləri” mövzusunda baş ekspertlərin hazırlıq görüşü keçirilir. İki gün davam edəcək ekspertlərin hazırlıq görüşündə iki mühüm sənəd qəbul edilərək, noyabrın 11-12-də keçiriləcək İSESCO-ya üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransına təqdim olunacaq.
Tədbirdə çıxış edən Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin sədr müavini Aynur Sofiyeva bildirdi ki, İSESCO-nun belə məsuliyyətli bir tədbirə ev sahibliyi etmək imkanı yaratması qarşılıqlı fikri mübadiləsinin aparılması üçün mühüm əhəmiyyətə malikdir. Onun sözlərinə görə, konfrans kifayət qədər ciddi bir məsələyə həsr olunub: “Urbanizasiya XXI əsrin fenomenlərindən biridir. Statistik nəticələrə əsasən, 2050-ci ilə qədər dünya əhalisinin hər 10-dan 7-sinin şəhər əhalisi olacağı gözlənilir. Bu, hər bir ölkəni düşündürən məsələdir. Təbii ki, urbanizasiyanın müsbət və mənfi amilləri var. Mənfi amillər uşaqlara böyük təsir edir. Qarşımızda duran məsələ bu proseslərdə uşaqların hüquqlarının daha çox müdafiə edilməsidir”. Bildirildi ki, Azərbaycanda uşaqların 52 faizə yaxını şəhər mühitində yaşayır. Şəhər əhalisinin sayının çox olmasının müəyyən problemlər yaratdığını deyən A.Sofiyevanın sözlərinə görə, uşaqlar üçün urbanizasiyanın mənfi amilləriindən ən əsası psixoloji problemlər, uşaqların sosial xidmətlərə əlçatmazlığı və digər məsələlərdir: “Bu istiqamətdə bir çox tədbirlərin görülməsi vacibdir. Azərbaycanda da uğurlu uşaq siyasətinin həyata keçirilməsində daim bu məsələlər diqqət mərkəzində saxlanılır”.A.Sofiyeva qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsi bu gün bəşəriyyəti maraqlandıran və düşündürən məsələlərdəndir. Komitə sədrinin sözlərinə görə, Azərbaycanda da uşaq məsələləri prioritet istiqamətlərdəndir: “Azərbaycanda erkən nikahın qarşısını almaq üçün nikah yaşının qaldırılması, uşaq problemləri, ailə-nikah institutu ilə bağlı təhlillər aparılır. Bu və ya digər işlərin görülməsi mövcud sahədə uğurlu nəticələrin əldə olunmasına səbəb olur. Bunlar statistik nəticələrdə də özünü göstərir. Azərbaycanda ana və uşaq ölümünün, məişət daxilində uşaqlara qarşı zorakılıq faktlarının sayında azalma müşahidə edilir”.
İSESCO: “İslam ölkələrində
uşaqların təhsilə cəlb olunma
göstəricisi aşağıdır”

İSESCO-nun eksperti Sadiq Rəşid isə çıxışında bildirdi ki, İSESCO-ya üzv olan bütün ölkələrdə uşaqların təhsilə cəlb olunması göstəricisi arzuolunan səviyyədən aşağıdır. O bildirdi ki, bu göstərici əksər ölkələrdə 4-10% arasında dəyişir, çox az ölkələrdə uşaqların təhsilə cəlb olunma səviyyəsi nisbətən yüksəkdir. Beş yaşından aşağı uşaqlarda ölüm səviyyəsinin Afrikanın İslam ölkələrində daha yüksək olduğunu söyləyən İSESCO eksperti bildirdi ki, bu problemlərin əsası ehtiyatsız qidalanma, kanalizasiya və tibbi xidmətlərin olmaması ilə bağlıdır. S. Rəşid qeyd etdi ki, bu hallar Cənubi Asiyadakı ölkələr üçün də xarakterikdir: “Son illər İslam ölkələrində baş verən inqilablar, iğtişaşlar uşaqların təhsilə, tibbi xidmətə çıxışını əngəlləyir. İnqilablar nəticəsində həmin ölkələrdə qaçqın uşaqlar yaranır və onların bir çox xidmətlərə çıxış imkanları məhdudlaşır. Bundan əlavə, Yaxın Şərq ölkələrində uşaqlarda peyvəndlənmə işlərinin vaxtında aparılmaması sonradan onların əlillik vəziyyətinin artmasına səbəb olur”. İSESCO eksperti qeyd etdi ki, hazırda Azərbaycanda təşkil edilən beynəlxalq konfrans bütün üzv ölkələri üçün öz təcrübələrini bölüşmək, qarşılıqlı fikir mübadiləsi aparmaq və problemlərin həllinə nail olmaq baxımından mühüm bir imkandır.
“İslam ölkələrindəki
urbanizasiyalaşmış ərazilərdə
böyük çirklənmə mövcuddur”

Ekspertin sözlərinə görə, küçə uşaqlarının cəmiyyət tərəfindən qəbul olunması, onlara hüquqi xidmətlərin göstərilməsi sual altındadır. Bu kimi problemlər üzv ölkələr tərəfindən təmin olunmalıdır”. O bildirdi ki, İslam ölkələrində uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox problemlər var: “Bu kimi problemlərə diqqət ayrılıb və qənaətbəxş nəticələr var. Amma urbanizasiyalaşmış ərazilərdə, kasıb ölkələrdə uşaqlar aclıq çəkirlər ki, bu da vəziyyətin daha pis olmasını göstərir. Biz bu problemlərə biganə qala bilmərik. Hazırkı konfrans da buna müsbət təsir göstərməlidir. İslam ölkələrinin 7 faizi urbanizasiyadan keçib. Afrikada bu göstərici daha yuxarıdır. Ümumiyyətlə, üzv ölkələrin 11-də 70 faizdən yuxarı, 27-də isə 50-70 faizdir. Bizim üzv ölkələrdə şəhər əhalisinin 80 faizindən çoxu İslam ölkələrində yaşayır. İslam ölkələrindəki həmin urbanizasiyalaşmış ərazilərdə böyük çirklənmə vəziyyəti mövcuddur”. S.Rəşid onu da əlavə etdi ki, üzv ölkələr uşaqların müdafiəsi məsələsinə böyük diqqət ayırmalıdır: “Şəhərlərdən kənarda vəziyyət daha gərgindir. Uşaq ölümünün azaldılması, anaların sağlamlığının təmin olunması, onların hüquqlarının müdafiə olunması bu gün əsas vəzifələrdən biri olmalıdır. Asiya, Afrika və ərəb ölkələri regionlarında uşaqların vəziyyəti də ürək açan deyil. Diqqət etsək, görərik ki, yaxın zamanda 28 ölkə bu hədəfə çatacaq. Amma digər ölkələrdə bu müşahidə olunmur. 12 ölkədən 7-də uşaqların doğum norması digərlərinə nisbətən daha yaxşıdır. Ölüm norması kasıb ölkələrdə 2 dəfə yüksəkdir. Uşaqların qidalanması ilə də bağlı problemlər var. Kəndlərdə uşaqların çəkisi şəhərdə uşaqlara nisbətdə 2 dəfə azdır. Kasıb ölkələrdə uşaqların səhiyyə xidmətlərinə çıxışı yox dərəcəsindədir. Uşaqların istər müalicəsi, istərsə də qidalanması kasıb ərazilərdə çox pisdir, onlara pis xidmət göstərilir. Qadınların 3 faizi ixtisaslı həkimlər vasitəsilə müayinə oluna bilir, bu sahədə də vəziyyət yaxşı deyil. Təxminən 34 faizinin doğumuna yardım göstərilir. Bu da şəhər əhalisi ilə kənd əhalisi arasında daha bir bərabərsizliyin göstəricisidir. O cümlədən peyvəndlənmə ilə bağlı problemlər var. Zəngin ölkələrlə müqayisədə bu göstərici çox zəifdir. 2 milyon uşaq su və kanalizasiya xidmətləri göstərilmədiyi üçün ölür. Uşaqların təhsil almasında da problemlər var”.
Ekspert qeyd etdi ki, üzv ölkələrdə küçə uşaqlarının da olması danılmazdır: “Müxtəlif səbəblərdən onlar bu vəziyyətə düşürlər və gəlir əldə etmək üçün şəhərlərə gedirlər. Bəzi özəl təşkilatlar, QHT-lər onlara dəstək olur. Eyni zamanda uşaq əməyinin istismar olunması da bu ölkələrdə yüksəkdir. Bunun qarşısını almaq üçün müəyyən yollar var. Uşaqlara sığınacaq verilməsi İslam ölkələrində çox böyük problemdir. Biz bu ciddi problemə gözü yuma bilmərik. Bu problemlərin həll olunmasına öz töhfəmizi verməliyik”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info