Sarqis Manukyan: “Ermənistandan getmək qərarını verməkdə səhv etməmişəm”
Tarix: 12.11.2013 | Saat: 14:16:00 | E-mail | Çapa göndər


“Empiray” rok qrupunun keçmiş solisti Sarqis Manukyan artıq yarım il olar ki, ABŞ-a köçüb. Keçən vaxt ərzində o, bir dəfə də olsun köçməyinin səbəbləri haqqında danışmayıb. Nəhayət «Аykakan jamanak» qəzetinin nümayəndələri ilə söhbətdə müğənni bir sıra suallara, o cümlədən köçməyinin səbəblərinə də aid olan məsələlərə toxunub. “Tert.am” onun dediklərini yazır: “Hesab etmirəm ki, hazırda mənim əlimdə ölkəni nizama salacaq imkanlar yoxdur və mən hesab edirəm ki, təəssüf olsun ki, bizim cəmiyyətimizdə də o enerji yoxdur. Hətta əgər hardasa varsa da, bir yerlərdə mürgüləməkdədir. Bizim “dahi” siyasi qüvvələrimiz keçən 15 il ərzində bu istəyin sonuna çıxaraq məhv etdilər, əslində isə bu güc bizim qüvvətlənməmizə sərf olunmalı idi. Yəni , hər 5 ildən bir gələn namizəd öz növbəsində aybaay bu enerjini tükətdi, bu ölkənin nəhayət düzələcəyinə olan son ümidləri də yerlə yeksan etdi. Mən bu qiymətləndirməni uzaqdan etmirəm, elə Ermənistanda da olanda öz mövqeyimi bildirirdim. Hər halda bu gün mənim mənəvi haqqım çatır ki, öz fikrimi bildirim. Mən elə buradan da Ermənistandakı vəziyyəti izləyirəm,və hər gün daha da çox əmin oluram ki, getmək qərarını verməkdə düz etmişəm. Çünki, Ermənistandakı hal-hazırkı vəziyyət düşünən adamı belə, cinayətkar edə bilər. Sən başa düşürsən ki , sənin heç bir çıxış yolun yoxdur, axı sən bir cinayətkar atmosferin əhatəsindəsən. Belə şəraitdə düşünərək, ya da qanun yolu ilə nəyisə dəyişmək mümkün deyil.”

ELNARƏ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info