Milli Məclis 2014-cü ilin dövlət büdcəsinin layihəsini müzakirə edir
Tarix: 12.11.2013 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də Milli Məclisin növbəti iclası öz işinə başlayıb. İclasda “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə olunur.
İclasda Baş nazir Artur Rəsizadə iştirak edir. Milli Məclisin sədri Oqtay Əsədov iclası açaraq deyib ki, bu il Azərbaycan xalqı üçün əlamətdar olub. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da keçirilmiş seçkilərdə parlaq qələbə qazanıb. Prezident İlham Əliyevin andiçmə mərasimi də Milli Məclisdə keçirilib. Dövlət başçısı hökumətin yeni tərkibini müəyyən edib və hökumət yeni tərkibdə ilk dəfədir ki, Milli Məclisdə toplaşır. Sonra O.Əsədov gələn ilin dövlət büdcəsinin bəzi parametrlərini diqqətə çatdırıb. Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə gələn ilin əsas maliyyə sənədindən, ölkənin iqtisadi inkişafı və əldə olunan uğurlardan danışıb. Daha sonra maliyyə naziri Samir Şərifov iclasda çıxış edib, gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər qanun layihələri barədə məlumat verib. Üç gün davam edəcək müzakirələr zamanı Hesablama Palatasının rəyi dinləniləcək, Mərkəzi Bankın idarə heyətinin sədri, ayrı-ayrı nazirlər çıxış edərək rəhbərlik etdikləri qurumların fəaliyyəti, dövlət büdcəsinin gəlirlərini formalaşmasındakı rolu barədə danışacaqlar. Qeyd edək ki, 2014-cü dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində nəzərdə tutulub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq
17.11.2018
KTMT-nin Ermənistan problemi: Azərbaycan-Belarus əməkdaşlığına rəsmi İrəvanın qısqanclığı
17.11.2018
Parisin qeyri-adekvat siyasəti Fransanın ATƏT Minsk qrupunda iştirakını şübhə altına alır
16.11.2018
Humanist addıma kölgə salmaq istəyənlər uğursuzluğa məhkumdur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info