Yaponiyanın “World Investers TV” internet televiziyasında Azərbaycana həsr edilmiş veriliş yayımlanıb
Tarix: 12.11.2013 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Yaponiyanın “World Investers TV” internet televiziyasında Azərbaycana həsr edilmiş növbəti veriliş yayımlanıb. Verilişdə bir qrup Yaponiya iş adamının noyabrın əvvəllərində Azərbaycana səfərindən də bəhs olunub.
Tanınmış iqtisadçı ekspert Kazuyasu İşida aparıcının suallarını cavablandıraraq, 22 il bundan əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası, onun coğrafi mövqeyi, güclü iqtisadi potensialı barədə məlumat verib. Azərbaycanın son on ildə böyük zirvələr fəth etdiyini vurğulayan ekspert ölkəmizin bir sıra nəhəng, beynəlxalq səviyyəli layihələrə imza atdığını və hazırda dünyanın ən hündür televiziya qülləsini inşa etmək iddiasında olduğunu bildirib.
Azərbaycanın coğrafi mövqeyi haqqında danışan K.İşida Xəzər dənizinin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından söhbət açıb. Bundan əlavə, Qafqaz dağlarının gözəlliyindən və Azərbaycanın münbit torpaqlarından bəhs olunmuş, ölkəmizin yüksək səviyyədə inkişaf etmiş mədən sənayesinə malik olduğu diqqətə çatdırılıb.
Verilişdə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, TANAP və TAP layihələri barədə yapon tamaşaçılara geniş məlumat çatdırılıb. Qeyd edilib ki, hazırda Qazaxıstan da BTC-dən bəhrələnir və bu neft kəməri Avropa üçün vacib enerji dəhlizidir.
Layihənin ərsəyə gəlməsində ümummilli lider Heydər Əliyevin rolundan danışan K.İşida deyib ki, neftin ixracından əldə edilən gəlirlər Azərbaycanın tərəqqisinə yönəldilib. Vurğulanıb ki, Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi son on ildə ümumi daxili məhsulun həcmi dəfələrlə artıb və bu, 185 ölkə arasında 18-ci yeri tutan Azərbaycanın sürətli inkişafını təsdiqləyən mühüm faktdır.
Azərbaycanda yaşayan çoxsaylı milli azlıqların dillərinin və mədəniyyətinin qorunmasına xüsusi diqqət yetirildiyini qeyd edən K.İşida Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuş, bu ərazilərin tarixən Azərbaycana məxsus olduğunu və Ermənistan tərəfindən işğal edildiyini diqqətə çatdırıb.
Azərbaycanı Birləşmiş Ərəb Əmirlikləri, Bakını isə Dubay ilə müqayisə edən ekspert burada icra edilən nəhəng layihələrdən - “Khazar İslands”, “Baku White City”, Heydər Əliyev adına hava limanının yeni terminalının tikintisindən, Heydər Əliyev Mərkəzindən, Bakı bulvarının genişləndirilməsi və Bakı Metropoliteninin yeni xətlərinin çəkilməsi işlərindən söz açıb. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində də böyük layihələrin həyata keçirildiyini vurğulayan K.İşida ölkədə yapon şirkətləri ilə əməkdaşlığa böyük maraq olduğunu qeyd edib.
Yapon iş adamlarının Bakıya səfəri çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Fondunda və Dövlət Neft Şirkətində keçirdiyi görüşlər barədə məlumat verən K.İşida səfərə yerli mətbuat tərəfindən böyük maraq göstərildiyini bildirib. Bu görüşlərin Azərbaycan Dövlət Teleqraf Agentliyi tərəfindən geniş işıqlandırıldığı xüsusi vurğulanıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info