Aşura günü İçərişəhər “Cümə” məscidində qanvermə aksiyası keçiriləcək
Tarix: 12.11.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


Məhərrəm ayı hicri-qəməri ayları arasında müqəddəs, möhtərəm aylardan biridir. Bununla əlaqədar Qafqaz Müsəlmanları İdarənin Qazilər Şurasının toplantısında Məhərrəm ayının keçirilməsi ilə bağlı fətva verilib. Fətvada daha sonra son illər təziyə günlərində irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın tibbi ehtiyacları üçün Kərbala şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkil olunması ən münasib əzədarlıq nümunəsi kimi göstərilib. Bu il noyabr ayının 14-nə təsadüf edən Aşura günündə respublikamızın bir çox dini ibadət yerlərində könüllü qanvermə aksiyalarının keçiriləməsi qərara alınıb. Həmin qanvermə aksiyalarının keçiriləcəyi yerlərdən biri də Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda yerləşən İçərişəhər «Cümə» məscididir. Məsələ ilə bağlı İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, 8 ildir ki, Məhərrəm ayında keçirilən Aşura mərasimləri zamanı məsciddə könüllü qanvermə aksiyaları təşkil olunur. İçərişəhər «Cümə» məscidi dini icmasının üzvləri, məscidə gələn dindarlar, həmçinin digər müsəlman bacı və qardaşlarımız bu aksiyada yaxından iştirak edirlər və artıq «Cümə» məscidində qanvermə aksiyasının təşkili ənənəvi hal alıb. Hacı Surxay qeyd edib ki, dini mərasimlər zamanı qan çıxarmaq, zəncir vurmaq, bədənə hər hansı xəsər gətirmək bəyənilmir, heç bir yerdə qəbul olunmur və bu işlər yalnız insanların xeyir gətirən istiqamətə yönəldilməlidir: “Bu ayda küsülülərin barışması, yetimlər evinə getmək islam aləmində çox dəyərlidir. Aşura mərasimində məsciddə keçirilən təziyə məclisində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunacaq, həmçinin Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad ediləcək. Eləcə də həmin gün məsciddə könüllü qanvermə aksiyası təşkil olunacaq. Bu talassemiya, hemofiliyadan və digər irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımız üçün keçirilən bu tədbiri biz dəstəkləyirik və «Cümə» məsciddə bu aksiya artıq 8-ci dəfə təşkil olunacaq.
Məsciddə hər bir müsəlman üçün böyük savab sayılan bu qanvermə aksiyasına hazırlıq işləri aparılıb. Hər il olduğu kimi Aşura günündə Bakı şəhər Baş Səhiyyə İdarəsinin köməyi ilə məsciddə Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya institutunun səyyar qan köçürmə laboratoriyasının əməkdaşlarına tam şərait yaradılacaq və keçən illərə nisbətən daha çox vətəndaş bu aksiyaya qoşulacaqlar. Yalnız keçən ilin Aşura mərasimi zamanı qanvermə aksiyasında 260 nəfər insan iştirak edib. Bu da biz dindarların irsi qan xəstəliklərindən əziyyət çəkən soydaşlarımızın müalicəsinə kiçik də olsa töhfəmiz olub”.
Məlumat üçün bildiririk ki, Səbail rayonunda «Cümə» məscidi ilə yanaşı, rayonun ən iri dini mərkəzi sayılan Bibiheybət məscidində də könüllü qanvermə aksiyası keçiriləcək. Bunula əlaqədar Bibiheybət məscidində də hazırlıq işləri görülüb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info