İstiqlal Muzeyində Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib
Tarix: 12.11.2013 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür.
Bununla əlaqədar noyabrın 12-də Azərbaycan İstiqlal Muzeyində Bakı Dövlət Universitetinin tələbələri, Prezident Qvardiyasının və Daxili İşlər Nazirliyi Daxili Qoşunların əsgərləri və digər qonaqların iştirakı ilə tədbir təşkil olunub.
Bu əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edən muzeyin direktoru Fəridə Şəmsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması tarixindən danışmış və bu müstəqilliyin daha da möhkəmləndirilməsində gənc nəslin rolunu vurğulaıb.
Bakı Dövlət Universitetinin konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirov isə mövzu ilə bağlı məruzə edib.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası beynəlxalq hüquq normalarına uyğun, insan hüquq və azadlıqlarına geniş yer ayıran mükəmməl normativ-hüquqi sənəddir. Azərbaycan Respublikasının Konstitusiyası dünyanın ən demokratik prinsiplərini, insan hüquqlarını özündə ehtiva etməklə yanaşı, ölkəmizdə hüquqi dövlətin və insan azadlıqlarının qarantıdır.
Məruzədə Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən ali sənəd kimi qiymətləndirilib. Qeyd olunub ki, ölkəmizin Əsas Qanununun qəbul edilməsindən ötən 18 il müddətində həyatımızın bütün sahələrində qazanılmış uğurlar ümummilli liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə demokratiyanın inkişafı, regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir.
Məlumat verilib ki, insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərini, dövlət quruluşunu, mülkiyyət formalarını müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi dövlətimizin həyatında mühüm ictimai-siyasi hadisə hesab olunur. 1918-ci il mayın 28-də yaranmış Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin Konstitusiyası olmayıb. Lakin Azərbaycan Xalq Cümhuriyyəti qısa vaxt ərzində Konstitusiya xarakteri daşıyan bir neçə aktlar, qərarlar qəbul etmiş və onların əsasında fəaliyyət göstərib.
Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, latınca “quruluş, təsisat” mənasını verən konstitusiya hər hansı dövlətin ictimai və iqtisadi quruluşunun əsasını, idarəetmə növünü və dövlət quruluşunun formasını, şəxsiyyətin hüquqi vəziyyətini, mərkəzdə və yerlərdə hakimiyyət və idarəetmə orqanlarının təşkili qaydasını və səlahiyyətini, ədalət mühakiməsinin, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüququ qüvvəyə malik qanundur.
Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədovanın təqdim etdiyi slayd-şouda isə Azərbaycan Bayrağı və Konstitusiyası haqqında ən vacib məlumatlar diqqətə çatdırılıb.
Tədbir iştirakçıları, həmçinin Bayraq və Konstitusiya ilə bağlı muzey işçiləri tərəfindən təqdim olunmuş test tapşırıqlarını da yerinə yetiriblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info