Biznes informasiyası necə idarə edilməlidir?
Tarix: 12.11.2013 | Saat: 19:30:00 | E-mail | Çapa göndər


Noyabrın 12-də “Oracle” şirkətinin Azərbaycandakı nümayəndəliyi Bakıda FORS Europe, R.I.S.K. və ULTRA şirkətlərinin sponsorluğu “Oracle Banking” forumu keçirib.
AzərTAc xəbər verir ki, forumda Azərbaycanın maliyyə sektorunda fəaliyyət göstərən şirkətlər, banklar, sığorta şirkətləri və kredit təşkilatlarının rəhbərləri, informasiya texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər. Forumda maliyyə sahəsində menecment və analitika mövzuları, habelə CRM və HCM, Risk Management, Procurement Management və Performance Management sistemlərinə aid məruzələr dinlənilmiş, müzakirələr aparılıb.
“Oracle” şirkəti biznes informasiyasının səmərəli saxlanması, idarə edilməsi, inteqrasiyası, işlənməsi və istifadəsi ilə bağlı işlərin təşkili üçün proqram məhsullarının geniş spektrini təklif edib. Bu məhsullar üç xətt üzrə bölünür: biznes proqramları, o cümlədən banklar üçün şaquli proqramlar, ERP və CRM sinfinə aid proqramlar (Oracle, Siebel, Hyperion, FLEXCUBE, Reveleus). Həmin proqramların hazırlanması və istifadə edilməsi üçün nəzərdə tutulan “Oracle Fusion Middleware” serverinə 40-dan çox inteqrasiya məhsulunu, habelə “Oracle Database” məlumat bazalarını idarəetmə sistemini əhatə edən inteqrasiya olunmuş platforma daxildir.
“Oracle” şirkətinin Cənubi Qafqaz və Orta Asiya ölkələri üzrə rəhbəri Sərxan Həşimov müsahibəsində bildirib ki, “Oracle” bank sahəsində bir nömrəli şirkətdir. Azərbaycanda bank sektoru sürətlə inkişaf edir. Prezident İlham Əliyev tərəfindən 2013-cü ilin Azərbaycanda İKT ili elan edilməsi ilə bağlı “Oracle” şirkəti də öz uğurlarını və təcrübəsini yerli şirkətlərlə paylaşır, əməkdaşlıq əlaqələri qurur. Bu əlaqələr çərçivəsində bəzi banklarda “Siebel CRM” layihəsi tətbiq edilib. “Oracle” şirkətinin məhsullarının köməyi ilə ölkəmizin maliyyə sektorunda distant xidmət sistemləri modernləşdirilir və genişləndirilir.
Forumda bank sektorunda fəaliyyət göstərən yerli şirkətlərlə yanaşı, Türkiyə, Macarıstan, Rusiya, Böyük Britaniya, Rumıniya və Misirdən olan şirkətlər də iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info