“Azərbaycan tarixinə maraq artıb”
Tarix: 12.11.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


Müsahibimiz Bakı Humanitar Kollecinin müəllimi, tarixçi Nazim Məmmədovdur:
-Nazim müəllim, sizin fikrinizcə, bu gün Azərbaycan tarixinin tədrisi necə gedir?
- Hazırda Azərbaycan tarixinin tədrisi sovet dövründən fərqli olaraq çox yüksək səviyyədə aparılır. Çünki, Azərbaycan müstəqil dövlət olmazdan əvvəl məktəblərdə tarix fənni həftədə bir dəfə keçirilirdi. Çox zaman da tarix fənnindən şagirdləri yayındırırdılar. Əsas SSRİ tarixi keçirilirdi. Lakin müstəqil dövlət olduqdan sonra ulu öndərin sərəncamına əsasən, 2000-ci ildən etibarən Azərbaycan tarixi fənninin kitabları nəfis şəkildə nəşr olunmağa başladı. Yüksək təhsil üçün nə lazımdır? Əlbəttə ki, kitab. Həm müəllim üçün, həm də şagird üçün əhəmiyyətli ləvazimatdır.
Müstəqilliyimizin ilk dövrlərində ölkədə vəziyyət çox çətin idi. Əsasən də ölkənin daxilində hər gün vətəndaş müharibəsi təhlükəsi var idi. Dövlətin vahid komandanlığa tabe olan ordu qərargahı yox idi. Ona görə də 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu özbaşınalığa son qoydu və əsas iş prosesi daxili və xarici siyasəti qaydaya salmaqdan ibarət oldu. Məsələn, maliyyə vəziyyəti ağır idi. İlk növbədə iqtisadi vəziyyət yavaş-yavaş öz məcrasına düşdü. Maliyyə islahatları keçirildi. Bildiyimiz kimi, 1994-cü il sentyabrın 20-i “Əsrin müqaviləsi” kontraktı bağlandı. Şübhəsiz ki, bu müqavilənin bağlanması ilə bizim maliyyə problemimiz aradan qalxdı. Torpaq islahatı keçirildi. Bu islahat keçirildikdən sonra dövlətimiz yavaş-yavaş inkişaf etməyə başladı.
İnkişaf edən dövlətimizdə Azərbaycan tarixinə, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına maraq və diqqət artmağa başladı. Bu gün isə ölkədə nəinki təhsildə, hətta mədəniyyətimiz, idman sahəsi, texnologiyamızda yüksək səviyyədə inkişaf prosesi keçir. Bu da əlbəttə ki, xalqımızın, millətimizin dünyada özünü sübut etməsinə kifayət edər.
- Sizcə, Azərbaycan bu gün iqtisadi cəhətdən necə inkişaf edir?
- Azərbaycan iqtisadi cəhətdən inkişafa görə ərazisinə, əhalisinə sayına görə yüksək səviyyədə inkişaf etmiş ölkələrin sırasında inamla irəliləyir. İndi hər bir ölkənin problemləri var. Amma bizim dövlətimizin güclü və bacarıqlı olması ulu öndərin yürütdüyü siyasətin nəticəsidir. O, hazırladığı proqramı özündən sonra gələnlərə verməsəydi, bəlkə də bu gün biz bunları edə bilməzdik. Bu gün biz Heydər Əliyevin kursu ilə gedirik və dövlətimiz iqtisadi cəhətdən dünyanın qabaqcıl ölkələrinə nisbətən daha sürətlə irəliləyir. SSRİ dağıldıqdan sonra Azərbaycanın iqtisadiyyatı bir neçə il durğun şəkildə qaldı. Bu vəziyyətdən az bir müddət içində sürətlə çıxmaq hər ölkənin işi deyil. Azərbaycan son 10 il ərzində elə inkişaf etdi ki, artıq başqa ölkələrə kömək edir.
- Beynəlxalq arenada Azərbaycana olan maraq hansı yöndədir?
- Son dövrdə beynəlxalq vəziyyətdə yavaş-yavaş Azərbaycana meyil artır. Çünki, Ermənistandan heç bir dövlətə xeyir gəlmir. Amma Azərbaycan dünyanın böyük dövlətlərinin faydalandığı ölkədir. Onlar buradan xeyir götürməklə bərabər, həm də bizə xeyir verirlər. Ona görə də onlar Azərbaycanın əmin-amanlığı üçün də çalışırlar. Bunun üçün ilk növbədə torpaqlar qaytarılmalıdır, 1 milyondan artıq qaçqın və köçkün öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim xarici siyasətimizin əsas kökü odur ki, biz öz torpaqlarımızı geri qaytaraq. İkincisi isə, ölkənin iqtisadi və siyasi qüdrətini daha da yüksəklərə qaldırmaqdır. Biz təkcə neftə və qaza arxalanmamalıyıq. Bizim başqa resurslarımız da var ki, onları inkişaf etdirməliyik. Ona görə də regionların inkişafı üçün proqramlar hazırlanır və hamısı həyata keçirilir. Ölkənin gücü, qüdrəti, mədəniyyəti nədən başlayır? Əlbəttə ki, onun yolundan başlayır. Mən deyərdim ki, bu gün müstəqil dövlət olan Azərbaycanda son 170 ildə görülməyən işlər görülür. Bunlar hamısı İlham Əliyevin son 10 ildə apardığı siyasətin nəticəsidir.
Xəyalə GÜNƏŞ




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info