Bişkekdə Türkdilli Ölkələrin və Toplumla rın III Media Forumu
Tarix: 12.11.2013 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Qırğızıstanın paytaxtı Bişkekdə Türkdilli Ölkələrin və Toplumların III Media Forumu keçirilib. Bu barədə qəzetimizə Mətbuat Şurasından məlumat verilib.
Türkiyə baş nazirinin köməkçisi Bəşir Atalayın və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayevin qatıldığı forumda təşkilatçı ölkə ilə yanaşı, Türkiyədən, Azərbaycandan, Qazaxıstandan, Türkmənistandan, Şimali Kipr Türk Cümhuriyyətindən, Rusiyanın Tatarıstan, Başqırdıstan, Saxa, Tuva, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz respublikalarından, Kosovadan, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Makedoniyadan, Bolqarıstandan, İraqdan, Yunanıstandan nümayəndələr qatılıblar. Toplantıda ölkəmizdən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, MŞ İdarə Heyətinin üzvləri - Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, həmçinin «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, «Olaylar» İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuz, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının rəhbəri Sevil Yusifova iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Türkiyənin Mətbuat, Yayım və İnformasiya İdarəsinin rəhbəri Murad Karakaya, MŞ sədri Əflatun Amaşov, TÜRKPA-nın baş katibi Jandos Asanov, TÜRKKON-un baş katibi Xəlil Akıncı və Qırğızıstanın mədəniyyət, informasiya və turizm naziri Sultan Rayev türkdilli ölkə və toplumların birləşdirən media birliyinin əhəmiyyətindən söz açaraq keçirilən forumu bütövlükdə türk dünyasının həyatında mühüm ictimai hadisə kimi dəyərləndiriblər.
Ə.Amaşov bildirib ki, Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin yaranmasından sonra nəzərə çarpan iki mühüm cəhətdən biri qurumun müstəqil struktur kimi fəaliyyət göstərməsidir. Birinci və ikinci media forumları bu baxımdan əlamətdar olub. Xüsusən Bakıda baş tutmuş II forumda iştirakçıların say tərkibinin genişliyi, eyni zamanda səslənmiş fikirlərin əhatəliliyi nöqteyi-nəzərdən diqqəti çəkib: “Ötən iki ildə mərkəzi aparatı Ankarada yerləşən Türkdilli Ölkələrin və Toplumların Media Birliyinə sədrlik Azərbaycana məxsus olub. Bu müddətdə yerli komitələrin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işlər görülüb. Eyni zamanda qurumun “turkmep.org” adlı internet portalı da yaradılıb. Ümumən qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Türkdilli xalqların bir-biriləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara ən azından bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır”.
Sonra forum ayrı-ayrı mövzulara həsr olunmuş iclaslarla davam etdirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info