Bakıda keçirilən beynəlxalq konfransda 5 qətnamə imzalandı
Tarix: 13.11.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərinin “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” adlı IV konfransı işini davam etdirdi.

Konfransın ikinci gününün açılışında 5 qətnamə imzalandı. 2014-2016-cı illəri əhatə edəcək qətnamələrdə islam ölkələrində növbəti 2 il ərzində uşaq hüquqlarının qorunmasında mövcud problemlərin həlli istiqamətində müəyyən işlərin həyata keçirilməsini nəzərdə tutub. Bütün qətnamələri İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri imzaladı. Qətnamələrdə gələn konfransın keçirilməsi və vaxtı təsdiq edilib, kənd və şəhər yerlərində yaşayan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müvafiq razılıqlar əldə olunub və digər məsələlər əksini tapıb.
Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirdi ki, konfrans dünyanın gələcəyi olan uşaqların hüquqlarına və onların həlli istiqamətində prioritetlərin müəyyənləşməsinə həsr olunub. Onun sözlərinə görə, əslində bu məsələ təkcə islam aləmi üçün deyil, bütün bəşəriyyət üçün aktualdır: “Müasir dövrdə uşaq hüquqlarının müdafiəsinə diqqət yetirən bütün dövlətlər kənd və şəhər arasındakı fərqin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməlidirlər. İSESCO-ya üzv dövlətlərin IV konfransının yekunları göstərdi ki, dünyanın insanlarını, yəni bizi birləşdirən amillər, bizi ayıran amillərdən çoxdur. Bu sahədə dövlətlərin təcrübələrindən faydalanmaq məqsədəuyğun olardı. Belə bir vəzifəni yerinə yetirməklə biz, həm də dünyanın gələcəyinə və inkişafına öz töhfələrimizi veririk”.

İSESCO-nun baş direktoru
mükafatlandırıldı


Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycrini mükafatlandırdı. Belə ki, Dövlət Komitəsinin sədri Hicran Hüseynova komitə adından “Xatirə medalı”nı İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycriyə təqdim etdi. H. Hüseynova bildirdi ki, bu tədbirin keçirilməsində xüsusi zəhməti olan insanlardan biri də İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycridir: “Biz “İslam dünyasında uşaqlar və urbanizasiya” mövzusuna həsr olunan IV konfransın məhz Azərbaycanda keçirilməsinə görə sizə öz təşəkkürümüzü bildiririk. Sizin bu sahədəki ardıcıl və aktiv fəaliyyətiniz diqqətəlayiqdir. Ümid edirəm ki, konfransın müəyyən etdiyi istiqamətlər bizi bir-birimizə daha da yaxınlaşdıracaq, mövcud problemin - uşaqlar və urbanizasiya məsələlərinin uğurlu həllində konstruktiv əməkdaşlığa əsas olacaq”.

Bakı Bəyannaməsində Dağlıq Qarabağ
münaqişəsi və onun nəticəsində zərər çəkən uşaqlarla bağlı bənd öz əksini tapıb


Beləliklə, başa çatan IV konfransın yekununda İslam ölkələrinin uşaq məsələlərinin həllini özündə əks etdirən Bakı Bəyannaməsi qəbul edildi. İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri bildirdi ki, bəyannamədə uşaqların təhsil, tibbi xidmətlərə birbaşa çıxış imkanlarının əldə edilməsi, onların sosial hüquqlarının müdafiəsi öz əksini tapıb. Onun sözlərinə görə, islam ölkələrində küçə uşaqlarının problemləri araşdırılır və onun qarşısının alınması ilə bağlı məsələlər də yekun sənəddə yer alıb: “Bakı Bəyannaməsində ən aktual məsələ olan Dağlıq Qarabağda münaqişə və onun nəticəsində zərər çəkən uşaqların həyatları ilə bağlı bənd var. Həmin bənddə Azərbaycan torpaqlarının işğal olunması qeyd olunub və orada zərər çəkən uşaqlarla bağlı digər məlumatlar öz əksini tapıb”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə bildirdi ki, bu konfransın yekunu olaraq imzalanmış bəyannamə də öz növbəsində gərgin zəhmətin və dolğun müzakirələrin bariz nümunəsidir. H.Hüseynova bu bəyannamədə göstərilən məsələlərin bəşəri əhəmiyyət daşıdığı üçün BMT-nin və Avropa Şurasının fəaliyyətinə daxil olması barədə təklif irəli sürülməsini vacib hesab etdi . Konfransın sonunda AQUPDK-nin sədri Hicran Hüseynova və İSESCO-nun baş direktoru Əbdüləziz ibn Osman əl-Tuveycri konfransın işinə xüsusi dəstək verdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev və UNESCO və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkürlərini bildirdilər. Sonda konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlandı.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Zəfərlərə doğru
12.11.2018
“İrəli”nin intellektual yarışlarının Dağlıq Şirvan və Şəki- Zaqatala üzrə qalibləri müəyyənləşib
12.11.2018
Heydər Əliyev Fondu və Milli Onkologiya Mərkəzi birgə onkoloji skrininq və elmi-praktiki konfrans keçiriblər
12.11.2018
İran vətəndaşı daxili orqanlarında narkotik vasitələr keçirmək istədi
12.11.2018
Külli miqdarda xarici valyutanı gizlədərək keçirmək istədi

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info