Azərbaycan Belarusda yaşayış binaları inşa edə bilər
Tarix: 13.11.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Bakıda ticari-iqtisadi əməkdaşlığı üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının səkkizinci iclası keçirilib. İclas Baş nazirin birinci müavini Yaqub Eyyubovun və Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşkonun sədrliyi ilə keçib.
Hər iki ölkədən olan nazir müavinlərinin, iri sənaye müəssisələrinin rəhbərlərinin iştirak etdiyi iclasda iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub. Yaqub Eyyubov qeyd edib ki, hazırda ölkələrimiz arasında əlaqələr yüksələn xətt üzrə inkişaf edir, bu əlaqələrin daha da möhkəmlənməsi üçün böyük potensial var. Y.Eyyubov vurğulayıb ki, Azərbaycan və Belarusun dövlət başçıları arasında yaxşı münasibətlər ikitərəfli əlaqələrin möhkəmlənməsi üçün böyük stimuldur. Belarus Respublikası Baş nazirinin birinci müavini Vladimir Semaşko qeyd edib ki, indi əsas məqsəd iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni sahələr üzə çıxarmaqdır. Onun sözlərinə görə, maşınqayırma, kənd təsərrüfatı və başqa sahələrdə tərəfdaşlıq üzrə yaxşı təcrübə toplanıb. İclasda kənd təsərrüfatı texnikası istehsalı, Azərbaycana elektrik qatarları və sürətli tramvaylar göndərilməsi, Belarusda Azərbaycan biznesinin fəaliyyəti, bu ölkədə yaşayış binaları tikintisi ilə əlaqədar təkliflər səslənib. Qeyd edək ki, 2012-ci ildə Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsinin həcmi 79,7 milyon dollar, bu ilin yanvar-sentyabr aylarında isə müvafiq göstərici 68,8 milyon dollar olub.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info