Bakı-Böyük Kəsik dəmir yolunun 300 km-i təmir olunub
Tarix: 13.11.2013 | Saat: 14:29:00 | E-mail | Çapa göndər


Bakı-Böyük Kəsik dəmir yolu istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən “Palitra”ya verilən məlumata görə, dəmir yolunun Əlikənd-Ləki mənzilində 300-cü kilometr əsaslı təmir olunub.
Qeyd edək ki, əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC-nin "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir. "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı"nın icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, ilk 100-cü kilometrin təmiri 21 iyul 2012-ci ildə Mingəçevir stansiyasında, 200-cü kilometr isə 8-15 mart 2013-cü ildə dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində həyata keçirilib.
Eyni zamanda, bu günə kimi əsaslı təmir olunmuş 300 kilometrin 235 kilometri 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.
İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info