Avropa Parlamenti Azərbaycandakı dini tolerantlığı nümunə göstərdi
Tarix: 13.11.2013 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir”

Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında “Sərhədsiz İnsan Hüquqları” beynəlxalq təşkilatı tərəfindən hazırlanmış “Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru” adlı hesabatın təqdimatı keçirilib. Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qəzetimizə bildirilib. Tədbirə ev sahibliyi edən Avropa Parlamentinin vitse-prezidenti Surjan Lazslonun tədbir iştirakçılarına müraciətində hesabatın Azərbaycandakı dini tolerantlıq mühiti barədə dərin təəssürat yaratdıgı qeyd edilib. Müraciətdə cənab Laszlo “dini azlıqlarla müsəlman çoxluğun əməkdaşlığı və dinc yanaşı mövcudluğu istiqamətində fundamental nəticələrə nail olmuş Azərbaycanı” bu nailiyyətlər münasibətilə təbrik edib.
Təqdimatı giriş sözü ilə açan Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Corc Şöpflin sənədə əsasən Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu qeyd edib.
Sonra “Sərhədsiz İnsan Hüquqları” təşkilatının sədri Villi Futre rəhbərlik etdiyi təşkilatın hazırladığı hesabatı təqdim edib. O bildirib ki, hesabat son altı ay ərzində SİH üzvlərinin Azərbaycana bir neçə dəfə həyata keçirilmiş səfərləri zamanı sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda qeyd edilir ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir. Hesabatın nəticələrinə əsasən Avropa İttifaqına Azərbaycanla strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini konfliktlərdən əziyyət çəkən ölkələr, həmçinin digər müsəlman ölkələri ilə paylaşmasına yardım etmək tövsiyə edilib.
Hesabatın təqdimat mərasiminə xüsusi qonaq qismində dəvət edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov təqdim edilən tədqiqatın Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən hazırlanmış ilk sənəd olması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O bildirib: “Bu hesabatın məhz Şərq Tərəfdaşlığının Vilnus Sammiti ərəfəsində və məhz Avropa Parlamentinin qərargahında təqdim edilməsi əlamətdardır.” “Bu hesabat ölkəmiz barədə Avropa Parlamentində səslənmiş obyektiv reallığa söykənməyən bəzi hesabatlardan fərqli olaraq Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir” - deyən komitə sədri Azərbaycandakı unikal dini tolerantlıq modelinin Avropada da islamofobiya ilə mübarizə və multikulturalizmin inkışafı üçün nümunə ola biləcəyinə əmin olduğunu bildirib.
Azərbaycanda fəaliyyət göstərən pravoslav, yəhudi, protestant və alban-udi dini icmalarının nümayəndələri Azərbaycanda dini tolerantlıq mühiti barədə tədbir iştirakçılaırna məlumat veriblər. Sonda məruzəçilər tədbir iştirakçıları və media nümayəndələrinin suallarını cavablandırıblar.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info