“İDEYA QAZANDI“-da gənclər biznes ideyalarını reallaşdıracaq
Tarix: 13.11.2013 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


"İDEYA QAZANDI" - Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar tele-müsabiqədir. Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu və Youth İNC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.
“İDEYA QAZANDI" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmaye yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirtməyə vəsait ayırır. Məqsəd istedadlı gənclərə, tələbələrə, xırda sahibkarlığa baş vurmuş gənclərə öz ideya və ya bizneslərini reallaşdırmaq üçün şərait yaratmaq, eyni zamanda investorlara istedadlı gəncləri tanıtdırmaq və yerli televiziyada biznes üslubunda verliş yayımlamaqla tamaşaçılar arasında potensial gəncləri biznesin qaydaları ilə tanış etməkdir. Verilişdə 16-35 yaş arası gənclər iştirak edə bilər. İştirak etmək istəyən gənclər yalnız elektron vasitəsi ilə ideyaqazandi.az və atgdc.org saytlarından ərizə formasını doldurub iştiraklarını təsdiq edə bilərlər. Ərizələrin son qəbul tarixi 30 noyabrdır. Ərizə forması tam və düzgün doldurulduğu halda gənc verilişə dəvət olunur və investorlara ideyasını təqdim edib qarşılıqsız yatırım alması imkanını qazanır. Qalib gələn gənclər pul vəsaitindən başqa onlara dəstək göstərmiş şirkət və ya sahibkar ilə mütəmadi olaraq əlaqə qurub onların geniş təcrübələrindən bəhrələnmək imkanını əldə edəcək. Verilişin televiziyada yayımı 15 yanvar tarixindən sonra keçiriləcək. Məlumat üçün bildirək ki, Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti 1999-cu ildən fəaliyyət göstərərək Azərbaycan və Türkiyə gəncləri arasında mütəmadi olaraq mədəni, sosial və ictimai əlaqələrinin inkişafı naminə layihələr həyata keçirir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info